Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Cümşüd Nuriyevi orada sürüyəcəkdim, bu cür həyasız adamları...” - Araz Əlizadə

Tarix: 27-11-2019 19:08     Baxış: 3350 A- / A+
“Cümşüd Nuriyevi orada sürüyəcəkdim, bu cür həyasız adamları...” - Araz Əlizadə

Milli Məclisin deputatı Araz Əlizadə sabiq millət vəkili Cümşüd Nuriyevin Qarabağ müharibəsində iştirak edən qadınları ötən gün AzTV-də "əxlaqsız" və "küçə qadınları" adlandırmasına sərt şəkildə münasibət bildirib.

Manevr.az xəbər verir ki, A.Əlizadə demokrat.az-a açıqlamasında deyib ki, Cümşüd Nuriyev qeyri-ciddi və məsuliyyətsiz adamdır:

"Cümşüd Nuriyev axmaq adamdır. O, heç kəs idi, sonradan onu deputat etdilər. O vaxtilə sərsəm fikirlər səsləndirərək demişdi ki, guya Qarakənd faciəsi zamanı vertolyotda olan insanlarımız sağdırlar, biri Fransada, biri Hindistandadır və sairə. Bu cür həyasız adamları ciddiyə almaq lazım deyil".

Deputat qeyd edib ki, Cümşüd Nuriyevin ötən gün AzTV-də iştirak etdiyi sözügedən verilişə onu da dəvət ediblər:

"Dünən həmin verilişə məni də dəvət etmişdilər. Sadəcə işlərim olduğu üçün qatıla bilmədim. Həmin verilişə getmədiyim üçün çox təəssüflənirəm. Əgər mən o verilişdə olsaydım, yəqin ki, bu sözünə görə Cümşüd Nuriyevi orada sürüyəcəkdim. Ümumiyyətlə, o cür səviyyəsiz çıxışı AzTV efirə verməməli idi. Həmin veriliş canlı deyildi, saat 14-də çəkilmişdi. İstəsəydilər, Cümşüd Nuriyevin həmin çıxışını efirə verməyə də bilərdilər. Çox təəssüf ki, bizdə söz azadlığı ifrat dərəcəyə çatanda özümüzü apara bilmirik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar