Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağı azad görmək istəyən neçə azərbaycanlı var?

Tarix: 26-11-2019 16:16     Baxış: 3218 A- / A+
Qarabağı azad görmək istəyən neçə azərbaycanlı var?

“Qarabağın adından istifadə edib alver edən QHT-lər, məmurlar, xainlər var”

Məlum olduğu kimi son illər ölkədə QHT-nin əsas mənbəyi olan qrantların alınması və maliyyə dəstəyi məsələləri də hüquqi cəhətdən "son dərəcə ağırlaşdırılıb".
Bu günlərdə Milli Məclisin deputatı Aqil Abbasın “bəzi QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daha çox iş görür. Ona görə də bu cür QHT-lərə ayrılan vəsait artırılsa, daha yaxşı olar” fikrini səsləndirməsi məndə bir fikir oyandırdı. QHT-lər hansı işə yarayırlar? Gördükləri işlərin səmərəsi varmı? Bəli, bəzi QHT-lər vardır ki, biz onların adını da eşidirik, işlərinin də şahidi oluruq. Amma elə təşkilatlar da var ki ( və sayları da az deyil) özlərinə pafoslu ad seçməklə işi bitmiş hesab edirlər.

“Son 10 ildə 4500-ə yaxın layihəyə 36 milyon manata yaxın yardım göstərilib, bu layihələrə cəlb olunan insanların sayı isə 15 minə, ümumilikdə isə QHT sektorunda məşğul olan insanların sayı 30 minə yaxındır. QHT-lərin 99 faizi dövləti, dövlətçiliyi təbliğ edir”. Bu fikirlər Əli Həsənova məxsusdur.

O həmçinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirir.

Milli Məcllis Şura ilə əməkdaşlıq barədə memorandum imzalayıb və parlamentarilərin dediklərinə görə səmərəli əməkdaşlıq edirlər. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə Milli Məclisdə irəli sürülən qanun layihələri qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Kağız üzərində və dövlət başçısına aşağıda yuxarıya göndərilən məlumatlara görə hər şey əladır. Bəs əslində necə?

Ekspertlərə görə, hazırda ölkədə layihə həyata keçirən qurumların əksəriyyəti, əsasən hakimiyyət yönümlü olduqlarına" görə fəaliyyət göstərir, müstəqil vətəndaş cəmiyyəti isə "faktiki olaraq sıradan çıxıb".

Hazırda "hakimiyyət yönümlü" vətəndaş cəmiyyətinin strukturunu nəzərə almasaq, müstəqil və ya digər vətəndaş cəmiyyətinin vəziyyəti ürəkaçan deyil. Ən azından kimlərinsə kimləri qədər əlləri bala batmayıb.
Qarabağı azad görmək istəyən neçə azərbaycanlı var?

Millət vəkili Zahid Orucun fikrinə görə, QHT-lər öncədən Azərbaycanda siyasi partiyaların kölgəsində yaradılıb, əksərən xaricdə müəyyən maliyyə vəsaitlərinin partiyalara çatdırılmasının bir aralıq mexanizminə çevrilmişdilər və siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular. Lakin onlar bu transformasiyanı düzgün qura bilməyiblər. “Hazırda geniş fəaliyyət göstərən QHT-lərin çoxu əslində hakimiyyətin siyasətinə bir dəstək fəaliyyəti həyata keçirir”.

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birliyinin sədri Zaur Qəriboğlu bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, QHT-lərə diqqəti yükək qiymətləndirmək olmaz. “Ölkəmizdə müəyyən qurumların maliyyələşdirdiyi QHT-lər var, onlar maliyyəni yalnız öz nəzdlərində açdıqları həmin QHT-lərə ayırırlar. Bir də hökumətə yaxın olan qeyri-hökumət təşkilatları var. Onlara külli miqdarda maliyyə ayrılır. Üstəlik rəsmi ayrılan vəsaitdən başqa əlavə paket də alırlar. Və bu maliyyəni də öz şəxsi işlərinə, şəxsi bizneslərinə sərf edirlər. Yararsız, işə yaramayan təşkilatlardır. Dövlət qurumları rəhbərlərinin qohum əqrəbalarının adına açılmış təşkilatlardırlar, müsabiqədənkənar vəsait alırlar. Bu vətənə xəyanətdir, bunu edənlər də vətən xainidirlər. Hakimiyyətdə olan şəxslər də belələrinə himayədarlıq edirlər. Qarabağın adından istifadə edib alver edən QHT-lər var. Maliyyəni alır qoyur cibinə, ortada layihə filan da yox.

Mən məsələn hökumətə yaxın bir təşkilat sayılmıram. Amma dövlətin maraqlarını himayə edən layihələr həyata keçirirəm. Bəli Şura mənim layihəmi bəyəndi və maliyyə ayırdı. Bir narahatlıq da yaranmadı bu barədə. Amma bu da var ki, ildə bir dəfə 3 aylıq bir layihə həyata keçirməklə QHT ayaqda qala bilməz. O vəsait də layihənin həyata keçirilməsinə zorla bəs edir. Bu düzgün deyil. Bu mənada mən Azərbaycanda QHT –lərin fəaliyyətini düzgün hesab etmirəm”.

Məncə son günlər islahat deyərkən məhz bu məqama da diqqət yetirilməli,kimlərinsə ciblərinə axıdılan milyonların təyinatı üzrə sərfi tələbi qoyulmalıdır.Qarabağ geri qaytarılsa milyonlarla gəlirlərindən olacaq çox məmur var bu ölkədə. Şüarda Qarabağa azadlıq deyənlərin sizcə neçəsinə Qarabağın qaytarılması lazımdır?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar