Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas

Tarix: 11-11-2019 12:10     Baxış: 3247 A- / A+
Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas

2020-ci il Azərbaycan üçün Qarabağ danışıqlarında yeni bir dönəmin başlanacağı il olacaq.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq, ermənişünas Qafar Çaxmaqlı redaktor.az-a açıqlamasında deyib.

Q. Çaxmaqlı hesab edir ki, Azərbaycan danışıqlardan nəticə hasil olmayacağını bilir:

"Xüsusilə Paşinyanın "Qarabağ Ermənistanındır" ifadəsindən sonra bu yöndə apardığı siyasət elə həmin yöndədir ki, məsələnin həllinin antiterror əməliyyatları keçirməkdən başqa alternativi yoxdur. Paşinyanın həmin ifadəsi bizə yaxşı imkanlar verdi ki, beynəlxalq ictimaiyyətə Ermənistanın işğalçı olduğunu bir daha bəyan edək. Digər tərəfdən də "xalqların öz müqəddəratını təyin etmə" haqqı ilə bağlı Ermənistanın alver etdiyini ortaya qoymaq imkanlarımız artıb. Bu gün Ermənistanda Paşinyanın bu bəyanını tənqid edənlər Azərbaycanın siyasi revanşının suçlusu olaraq Paşinyanı hədəf göstərirlər".

Q. Çaxmaqlı vurğulayıb ki, bu, diplomatik başarımızdır:

"Hardasa Azərbaycanın 2020-ci ildə hərbi büdcəsini 21% artırılmasını haqq qazandıran ciddi arqumentdir. Paşinyanın bəyanına görə, Ermənistan Qarabağı özünün hesab edirsə, biz də başqa vasitələrlə onu özümüzün etmək haqqına sahibik. Baxın 21% məsələsinə həmsədrlərin heç birinin reaksiyası yoxdur. Halbuki ötən illərdə açıq şəkildə Azərbaycanın hərbi xərclərinin artırılmasına etiraz edilirdi. Hərbi xərclərin artırılmasından narahatlıq keçirən də elə işğalçı ölkədir. Həbsdə saxlanılan keçmiş prezident Köçəryan belə bundan narahatlığını rus mətbuatına bildirərək Paşinyanın dərhal hakimiyyətdən uzaqlaşdırılması üçün erkən seçki keçirilməsini təklif etmişdi. Həm də silahların bölgəni bir neçə dəfə dağıtmağa kifayət etdiyini demişdi. O özü bilər, amma bizim üçün yeni silahların alınaraq üstünlük əldə etməyimiz lazımdır və bu artırmanın silahlara xərclənəcəyini düşünürəm. Vəziyyət bunu tələb edir".

Q. Çaxmaqlı bildirib ki, ikinci tərəfdən regionun ölkələrini bu işə, yəni Qarabağ məsələsinə daha yaxından müdaxiləyə cəlb etmək lazımdır:

"Biz Türkiyənin son zamanlarda Rusiya ilə yaxınlaşması faktorundan istifadə etməliyik. Elə etməliyik ki, Türkiyə özünü bu prosesin içində tapsın və burada olmaqdan, Qarabağı azad etməyə yardım etməkdən başqa alternativi olmasın. Biz Türkiyənin köməyi ilə məsələni həll edəcəyimizə inanmalıyıq və ondan 1918-ci ildəki davranışını tələb etməliyik. Azərbaycanın təhlükədə qalması həm də Türkiyə üçün də təhdiddir. Təsəvvür eedin ki, Qarabağda suveren haqlarımız bərpa olunur, Türk dünyasına Zəngəzurdan quru yolu açılır. O zaman Türkiyənin yüksəlişinin qarşısına alan bir güc ola bilməz. Məgər bunu Türkiyədə bilmirlər? Əlbəttə bilirlər. Hətta PKK terrorunun uzantılarının Qarabağda olduğu da bilinməkdədir və inanıram ki, Suriyadan sonra Türkiyə bu məsələyə diqqət ayıracaq. Terroru öz yuvasında-Qarabağda məhv etmək lazımdır. Ermənistanda Türkiyənin önəmini yetərincə dərk etmirlər. Onların güvəndikləri güclər Türkiyəni daha əvvəlki kimi məsələyə müdaxilədə kənarda saxlaya bilmirlər. Bu, Türkiyənin Suriyanın şimalında atdığı qəralı addımlardan sonra oldu".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar