Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ədliyyə Nazirliyində kollegiya iclası: nazir korrupsiyadan danışdı, şəffaflıq tələb etdi

Tarix: 05-11-2019 20:48     Baxış: 2245 A- / A+
Ədliyyə Nazirliyində kollegiya iclası: nazir korrupsiyadan danışdı, şəffaflıq tələb etdi


Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında dövlət başçısının iqtisadi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çıxış edən nazir bildirilib ki, Azərbaycan Banklar Assosiasiyasının və bank sektorunun rəhbər şəxsləri ilə nazirlikdə dəyirmi masa keçirilərək bankların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə məlumat verilib, bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahələrində problemlər müzakirə olunaraq birgə işçi qrupları yaradılıb. İclasda işçi qrupların fəaliyyəti ilə bağlı məlumatlar dinlənilərək qaldırılan məsələlərin çevik həlli üzrə konkret tapşırıqlar verilib.

Kollegiyada dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərin nəticələri müzakirə olunub. Qeyd edilib ki, Fərmanda məhkəmə sisteminin qarşısında duran bütün məsələlər, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən, onların məhkəmə mübahisələrinin operativ həlli ilə bağlı tədbirlər əhatə olunub.

Fərmanın icrası çərçivəsində nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.

Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə mütəmadi ən aktual, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir.

Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada – "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.

Eyni zamanda, iclasda mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə səmərəli tətbiqi, bu sahədə Avropa İttifaqı ilə birgə yeni layihənin təşviqi qeyd olunub, növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında” Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələrinin hazırlanaraq qəbul olunduğu vurğulanıb, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və sair ilə bağlı işlər diqqətə çatdırılıb.

Həmçinin dövlət başçısının Fərmanının icrası çərçivəsində ölkəmizdə beynəlxalq arbitraj prosedurlarının təşviqi üzrə tədbirlər görülüb, o cümlədən Avropa İttifaqı ilə birgə "Biznes mühitinin inkişafı ilə əlaqədar normativ-hüquqi bazanın dəstəklənməsi” layihəsi çərçivəsində yerli və beynəlxalq qanunvericilik təhlil olunub, beynəlxalq təcrübə öyrənilib və arbitraj prosedurlarının təşviqinə dair yol xəritəsi hazırlanıb.

İclasda hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə Fərmanla hakimlərin ştat sayının 200 vahid artırılmasının mühüm əhəmiyyəti vurğulanıb. Yeni, daha çevik qaydada seçimlərə başlanılaraq bir qrup hakimliyə namizədlə test üsulu ilə və yazılı imtahanların keçirildiyi, sənəd qəbulunun davamlı xarakter aldığı diqqətə çatdırılıb.

Bununla yanaşı, kollegiyada məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyü bildirilərək Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddətdə 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Eyni zamanda, Fərmanla məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, "Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınmasına dair konkret addımların atıldığı qeyd olunaraq icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, icra xidmətində iş həcminin ilbəil kəskin artması, təkcə bu ilin 9 ayında işlərin sayının 776 mini ötməsi ilə əlaqədar alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı mütərəqqi beynəlxalq təcrübəyə uyğun tədbirlər vurğulanıb.

İclasda, həmçinin cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə olunub, cari ilin 9 ayında Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 24 minədək işin icra olunduğu və ekspertlərin 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faiz həllinə nail olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, Fərmanın icrası çərçivəsində ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilib, ştat sayı artırılıb, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına kömək məqsədilə Mərkəzin əlavə yeni - Lənkəran regional bölməsi yaradılıb. Həmçinin ekspertiza fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsinə dair qanunvericilik və qabaqcıl təcrübələr nəzərdən keçirilib, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının genişləndirilməsi, həmçinin ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi, bununla bağlı müvafiq lisenziyaların verilməsi və digər mütərəqqi yeniliklərə dair layihələr hazırlanıb.

İclasda Fərmana əsasən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və rəqəmsallaşdırılmasına, işlərə daha operativ və keyfiyyətlə baxılmasına xidmət edən "Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması üzrə görülən işlər qeyd olunub, bu məqsədlə hazırlanmış "Mobil məhkəmə” proqram təminatının təqdimatı keçirilib.

Kollegiya iclasında vurğulanıb ki, Fərmanın icrası üzrə görülən işlər beynəlxalq aləmdə təqdir olunur, o cümlədən Dünya Bankının "Doing Business 2020” hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub.

Eyni zamanda, Ədliyyə nazirinin ötən ay Strasburqa səfəri zamanı məhkəmə-hüquq sistemindəki islahatlar, xüsusilə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı və onun icrası üzrə qısa müddətdə intensiv işlərin görülməsi Avropa Şurasının yüksək rəsmiləri tərəfindən qeyd olunub və Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin Avropa Şurası tərəfindən yayıldığı bildirilib. Avropa ədliyyə nazirlərinin konfransında da məhkəmə-hüquq sahəsində təcrübəmizə maraq göstərilib.

İclasda dövlət başçısının bu mühüm sənəddən irəli gələn ardıcıl tədbirlərin davam etdirilməsi diqqətə çatdırılıb. Bununla yanaşı, ədliyyə orqanları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, etik davranış qaydalarına dönmədən əməl olunması, maliyyə və digər sahələrdə şəffaflığın artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Sonda bəzi normativ sənəd layihələrinə baxılıb, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 30-dək qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb./mia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar