Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən Etiraf

Tarix: 03-11-2019 21:07     Baxış: 3212 A- / A+
“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Sabiq erməni nazirdən Etiraf

Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan 2016-cı ildə baş vermiş aprel döyüşlərilə bağlı araşdırma aparan xüsusi istintaq komissiyasına tövsiyələrini verib. O, əmindir ki, “dördgünlük müharibə”də erməni tərəfi vəziyyəti düzgün qiymətləndirməyib və nəticədə həm operativ, həm də taktiki səhvlərə yol verilib.

Manevr.az xəbər verir ki, Vağarşak Harutyunyan Azadlıq Radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində erməni tərəfinin böyük itkilər verməsinə nələrin səbəb olduğu, anında verilmiş qərarların düzgün olub-olmadığı diqqətlə araşdırılmasını vacib saydığını bildirib.

“Həm taktiki, həm operativ, həm də strateji baxımdan ciddi qüsurlara yol verildiyi faktdır. Bütün bunların səbəbi isə vəziyyətin düzgün qiymətləndirilməməsi olun”, – deyə Harutyunyan qeyd edib.

“Azadlıq” radiosunun “kəşfiyyat işində də qüsurlar olubmu?” sualını sabiq nazir belə cavablandırıb: “Bu mövzuda çox dərinə getmək istəməzdim. Komissiya işini davam etdirir. Erməni kəşfiyyatının Azərbaycan ordusunun hücumu barədə məlumatlı olub-olmadığı araşdırmalar nəticəsində üzə çıxacaq. Əgər onlarda belə məlumat olubsa, bu haqda hansı dairələrə məruzə edilib, məruzə nəticəsində hansı qərar qəbul olunub?”.

General-leytenant istənilən halda, qüsurların olduğuna əmindir: “Bu, birmənalıdır! Artıq deyiləcək söz yoxdur! Yanlışlıqlara yol verildiyi şübhəsizdir! Hər bir itkiyə görə araşdırma aparılmalıdır. Düzdür, müharibədir və təbii ki, müharibədə itki olur. Amma biz məqam aydınlaşdırılmalıdır: itkilərin sayı vəziyyətin qəlizliyinə, ciddiliyinə adekvatdırmı? Komandirlər tərəfindən verilmiş qərarların itkilərin sayına necə təsir göstərib? Hər bir ölmüş əsgərlə bağlı mütləq araşdırma aparılacaq!”.

“Deyirsiniz ki, səhvlərə yol verilib. Amma aprel hadisələri zamanı Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini olmuş general-leytenant Enriko Apriamov bildirir ki, o zaman ciddi qüsurlar olsaydı, Azərbaycan ordusu Mardakerti, Talış kəndini və başqa yaşayış məntəqələrini ələ keçirərdi” sualını Vağarşak Harutyunyan belə cavablandırıb: “Əgər bu məntiqlə yanaşsaq, onda ciddi səhv yalnız Qarabağın Azərbaycana verilməsi sayıla bilər? Mən bununla razılaşa bilmərəm. “Ciddi qüsur” nə deməkdir? Fakt odur ki, aprel döyüşləri zamanı biz ərazilər itirmişik. Ən əsası isə təmas xətti dəyişib. İndi biz bunun səbəblərini aydınlaşdırmalıyıq. Əgər dediyiniz şəxs bu sualın cavabını bilirsə, bu başqa məsələ. Onda qoy bütün səbəbləri bir-bir izah etsin. Söhbət itirilmiş ərazilərin böyüklüyündən getmir. Bizim əsas məqsədimiz yol verilən qüsurları araşdırmaqdır. Çünki təmas xəttinin Azərbaycanın xeyrinə dəyişməsinə məhz həmin qüsurlar imkan verib”.

Sabiq müdafiə naziri deyir ki, aprel müharibəsini araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılması olmamalıdır. O, hesab edir ki, parlamentin istintaq komissiyası 2016-cı ildə baş vermiş döyüşləri zamanı yol verilmiş bütün qüsurları üzə çıxarmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın: “Əlbəttə ki, araşdırma nəticəsində əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş kobud səhvlər aşkarlanarsa, məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər. Amma bu komissiya heç kəsi cəzalandırmır. O, buraxılan nöqsanları ifşa edir. Məqsəd budur. Bəziləri onu cəzalandırıcı qurum kimi təqdim etməyə çalışır. Günahsız yerə heç kəs cəzalandırılmayacaq. Buna hamı əmin ola bilər. Amma kiminsə kobud səhvi ucbatından canlı qüvvə və ya ərazi itkisi baş veribsə, demək, həmin şəxs cəzalandırılmalıdır”.

“Dördgünlük müharibə”nin əvvəlcədən razılaşdırılmış qəsd olduğu haqda iddialara da toxunan sabiq nazir hesab edir ki, heç nəyi istisna etmək olmaz. Bununla yanaşı, o, bu versiyanı inandırıcı saymır: “Müharibə barədə razılığa gəlmək, sonradan hansısa məqamda dayanmaq olmur. Odur ki, mən bu versiyanı, demək olar ki, tam istisna edirəm. Problem başqadır: bu əməliyyatların olacağını əvvəldən bilmişik, ya yox? Bunu əvvəldən aşkar etmək mümkün idimi? Analitik orqanlarımız nə dərəcədə dəqiq işləyib? Axı onlar bu informasiyanı təhlil edib düzgün nəticə çıxarmalı idilər”.

“Aydındır ki, Azərbaycanın məqsədi yalnız bir neçə dayaq nöqtəsini tutmaq deyildi. Əminəm ki, onların məqsədi təmas xəttini tam dəyişmək və sonrakı diplomatiyalarını, siyasətini ona uyğun qurmaq idi”worldmedia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar