Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

Məlahət İbrahimqızından Araz Əlizadəyə SƏRT İTTİHAM: “Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra edib”

Tarix: 02-11-2019 21:19     Baxış: 357 A- / A+
Məlahət İbrahimqızından Araz Əlizadəyə SƏRT İTTİHAM: “Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra edib”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər reaksiya doğurmaqda davam edir.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Araz Əlizadə Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.

Qalmaqallı açıqlama Türkiyədə səs-küy doğurmuş, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər Araz Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etirazını bildirmişdilər.

Araz Əlizadənin deputat həmkarları da məsələyə biganə qalmayıb. Deputat Məlahət İbrahimqızı həmkarı Araz Əlizadənin fikirlərinə öz etirazını ifadə edib.

“ASDP-nin sədri Araz Əlizadənin ITV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin “Bir Millət İki Dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində deyil.Görünür o mənsub olduğu Aryan irqi demək əvəzinə Hind-Avropa irqi deyir ki, belə bir irq də mövcud deyildir. Hind-Avropa dil qrupu və ya ailəsi var orada Azərbaycan dili aid deyil. Bu coğrafiyada Aryan irqinə yalnız farslar, ermənilır özlərini aid edirlər və ali irq hesab edirlər. Görünür Araz Əlizadə də belələrindədir”.

Məlahət İbrahimqızı Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb, bununla belə, insanlarlın hissiyatına toxunmağı qəbuledilməz hesab edib.

“Azərbaycan xalqı irqçi deyil və dünyaya tolerantlıq və multikultural dəyərləri ilə nümunədir. Biz bununla da fəxr edirik.Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir biri ilə qardaşdır. Amma kimsəyə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağa əsas verilmir”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar