Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşlı vəzifəlilər Prezidentin çağırışına cavab verir: Növbə kimindir? - SİYAHI

Tarix: 30-10-2019 11:26     Baxış: 3306 A- / A+
Yaşlı vəzifəlilər Prezidentin çağırışına cavab verir: Növbə kimindir? - SİYAHI

Dünən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

Müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Prezident İlham Əliyev oktyabrın 21-də əvvəl səhhətinə görə təqaüdə çıxan ölkənin Baş nazirinin keçmiş müavini Hacıbala Abutalıbovla görüşdə qeyd edib ki, 70 yaşına çatmış məmurlar gənclərə yol verməlidirlər.

Onlardan birincisi Novruz Məmmədov, ikincisi Hacıbala Abutalıbov, üçüncüsü Əli Həsənov, dördüncü Akif Əlizadə, beşinci Ramiz Mehdiyev olub.

Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var. 2003-cü ildən, yəni 16 ildir Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Nazirlər Kabinetinin strukturunda yaşı 70-dən yuxarı olan yeganə məmurdur. Baş nazir Əli Əsədov 62 yaşındadır. Baş nazirin müavinləri Əli Əhmədovun 66, Şahin Mustafayevin isə 54 yaşı var.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 89 yaşı var.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır.

Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır.

Ümid edirik ki, onlar da İlham Əliyevin çağırışını eşidəcəklər və tezliklə gənc və istedadlı kadrlara yol verəcəklər.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar