Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Boris Consonun ticarət elçisi Bakıya gəldi

Tarix: 28-10-2019 11:59     Baxış: 3171 A- / A+
Boris Consonun ticarət elçisi Bakıya gəldi


Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronesa Nikolson Azərbaycana gəlib.


Manevr.az bildirir ki, bu barədə axar.az-a bu ölkənin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Bu, ticarət elçisinin 2019-cu ildə Azərbaycana ikinci səfəridir və bir həftə davam edəcək.

Ticarət elçisi Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən və Böyük Britaniya ilə Azərbaycan arasında gözəl səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.

Ticarət elçisi, Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri ilə görüşlərlə yanaşı, cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaq.

"Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir. 2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam və işgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm. Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm” - səfərdən öncə B.Nikolson deyib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar