Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır

Tarix: 25-10-2019 08:22     Baxış: 357 A- / A+
Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır.

Manevr.az bildirir ki, Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü iki gün - bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, 21-22 oktyabr tarixlərində iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü baş tutub. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə ediblər. Hərəkata üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Həmçinin, oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti baş tutub.

Xatırladaq ki, Hərəkat 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı - BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar