Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ səfirliyi mitinqlə bağlı bəyanat yaydı

Tarix: 21-10-2019 22:15     Baxış: 3149 A- / A+
ABŞ səfirliyi mitinqlə bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-dakı etiraz aksiyasına aid bəyanat yayıb.

Manevr.az xəbər verir ki, səfirlikdən teleqraf.com-a daxil olan məlumata görə, bəyanatda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin Avropa Birliyinin hadisə ilə bağlı bəyanatını dəstəklədiyi qeyd edilib.

"Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxslərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.

"Toplaşmaq və söz azadlıqları Azərbaycanın Konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq" ifadəsinin yer aldığı bəyanatda Birləşmiş Ştatların Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirdiyi, həmçinin xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid etdiyi bildirilir.

Qeyd edək ki, oktyabrın 19-da Milli Şura şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya cəhd edib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya aksiya keçirmək üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsində razılaşdırılmış aksiya keçirməyi təklif edib. Lakin Milli Şura bu ərazinin şəhər kənarında olduğunu qeyd edərək, razılaşdırılmış aksiyadan imtina edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar