Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzovdan “istefa” çağırışı: “Onlar üçün ən yaxşı yol...”

Tarix: 18-10-2019 08:11     Baxış: 3230 A- / A+
Siyavuş Novruzovdan “istefa” çağırışı: “Onlar üçün ən yaxşı yol...”

“Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən bildirib.

S.Novruzov qeyd edib ki, qarayaxmaların hamısı Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır:

“Təbii ki hər hansısa sahələrdə neqativlərin olması və bunun tənqidi normaldır. Ancaq biz görürük ki, harada iş getmirsə, o sahəyə toxunulmur. Harada iş yaxşı gedirsə, orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük, öyrədilmiş adamlar ortaya çıxdı”.

Komitə sədri xatırladıb ki, Prezident müşavirədə nöqsanlarla bağlı məmurlara xəbərdarlıq edib:

“Onlardan hazırda vəzifə başında oturanlar var ki, dövlətin apardığı işə əngəl törədirlər. Onlar üçün ən yaxşı yol istefa verməkdir. İstefa verib, kənara çəkilməlidir ki, ölkə inkişaf etsin. Kadr islahatlarına gəldikdə, kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Əgər kim hardasa bir nöqsan görürsə, istənilən vasitə ilə tez bir zamanda səsini eşitdirə bilər. Hansısa sahələrdə nöqsanlar, büdcə şişirtmələri varsa, o da araşdırılmalıdır. Prezidentin qaldırdığı hər bir məsələ ən incə ayrıntısına qədər diqqət edilməli və o sahəlrədəki nöqsanlar aradan qaldırılmalıdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar