Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bazar günü ..." - Etibar Məmmədov siyasətə qayıdır? - Açıqlama

Tarix: 11-10-2019 23:11     Baxış: 3183 A- / A+
"Bazar günü ..." - Etibar Məmmədov siyasətə qayıdır? - Açıqlama

“AMİP oktyabrın 13-də “Ambassador” otelində geniş müşavirə keçirəcək. Həmin toplantıda Etibar Məmmədov siyasətə qayıdışını rəsmən bəyan edəcək”.

Manevr.az azpost.info-ya istinadən bildirir ki, bu məlumatı tanınmış siyasi icmalçı Azər Rəşidoğlu açıqlayıb.

Onun sözlərinə görə, geniş müşavirəyə çoxlu sayda qonaqlar dəvət edilib. “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı İcra Hakimiyyəti Etibar Hüsənliyə 13 oktyabrda Ambassador oteldə geniş müşavirə keçirməyə razılıq verib. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Etibar Hüsənli toplantıda siyasətə qayıtdığını elan edəcək!”-deyə A. Rəşidoğlu bildirib.

Məsələ ilə bağlı AMİP sədri Etibar Məmmədov "Demokrat.az"a açıqlama verib. O, yayılan məlumatları təkzib edib: "Mənim siyasətə qayıtmağımla bağlı yayılan məlumatlar yalan və cəfəngiyyatdır. Mən sözümü bir dəfə demişəm, onda da siyasətdən getdiyimi açıq bəyan etmişəm. Bazar günü isə sıradan bir iclas olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar