Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Demoqrafik vəziyyət gələcək inkişafı şərtləndirir – Deputat

Tarix: 03-10-2019 08:04     Baxış: 3178 A- / A+
Demoqrafik vəziyyət gələcək inkişafı şərtləndirir – Deputat

Demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdə müşahidə edilən iqtisadi inkişaf və həyata keçirilən sosial siyasətlə bağlıdır. Ölkəmizdə əhalinin sayı dinamik olaraq artmaqdadır. Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir.

Bu sözləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var: “Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə əhalinin sayı azalır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqtisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq ölkəmizdə əhalinin say artımı stabil və dinamikdir. Yəni hər il stabil olaraq artmaqdadır”.

Deputat hesab edir ki, bu, ilk növbədə Azərbaycanda mövcud olan iqtisadi inkişaf və aparılan sosial siyasətlə əlaqədardır: “Çünki rifah olmayan ölkədə əhali artımını təmin etmək mümkün deyil .Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq əhali artımını məhz bu faktorla izah edərək bildirdi ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır. Bildiyiniz kimi, müasir dövrdə gənclər ailə həyatı qurarkən ailə planlaşdırılması aparırlar. Burada da əsasən ailə büdcəsi və ailə planlaşdırılması düz mütənasiblik təşkil edir . Yəni dünyaya gələcək uşaqlar ailə büdcəsi nəzərə alınmaqla planlaşdırılır . Düşünürəm ki, demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdəki müşahidə olan iqtisadi yüksəlişlə bağlıdır və bu da millətimizin gələcək inkişafını şərtləndirir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar