Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Hüseynov: Bu qətnamələr kağız üzərində qalmamalıdır

Tarix: 01-10-2019 08:28     Baxış: 3256 A- / A+
Rafael Hüseynov: Bu qətnamələr kağız üzərində qalmamalıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə Büro və Daimi Komitənin İnkişaf Hesabatı ilə bağlı məruzə dinlənilib.

Manevr.az xəbər verir ki, ölkəmizin nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək qurumun fəaliyyətindəki bir sıra prinsipial məsələlərə münasibət bildirib. R.Hüseynov əvvəlcə erməni deputatların iftira və yalanlarla dolu fikirlərinə münasibət bildirərək deyib: “Avropa Şurası mütəmadi olaraq, onun tribunasından nifrət saçan, qərəzli çıxışlar üçün istifadə etməməyə çağırışlar edib. Lakin təəssüf ki, Ermənistandan olan deputatlar həqiqətlə daban-dabana zidd olan, başdan-ayağa dezinformasiyadan ibarət bəyanatları ilə növbəti dəfə həmin çağırışa zidd gedirlər. Avropa Şurasında belə pozucu davranışlara yer olmamalıdır və mən erməni həmkarlarımızın çıxışlarındakı bütün saxta müddəaları tamamilə rədd edirəm!”.

Rafael Hüseynov bildirib ki, payız sessiyası çərçivəsində Avropa Şurasının 70 illiyi təntənə ilə bayram ediləcək. Hər sessiyanın əvvəlində dinlənilib müzakirə edilən inkişaf hesabatı keçilmiş yaxın yolun təhlili, dünənlə bu gün arasında körpü deməkdir. 70 illik uzun bir yol başa çatıb, Avropa Şurası böyük yolunun yeni on illərini addımlamaq əzmindədir. Ona görə də bu gün yalnız keçilmiş yaxın yola, ötən sessiyadan bəri görülən işlərə deyil, bütövlükdə təşkilatın yoluna qiymət vermək zərurəti yaranır. Təşkilatın bundan sonrakı inkişafı üçün hansı təcrübələri davam etdirməli, nələrdən imtina etməliyik?

AŞPA sədrinin sessiyadan öncə Azərbaycana etdiyi və nəticələri yüksək dəyərləndirilən səfərinin təfərrüatlarına toxunan Rafael Hüseynov bir mühüm məqamı yada salıb: “Sessiya ərəfəsində AŞPA sədri Lilian Paskiye Bakıda idi və çox əhəmiyyətli görüşlər keçirdi. Həmin görüşlərdən birində onun söylədiyi bir fikir çox diqqətəlayiqdir və zənnimcə, Assambleya üzvü olan hər bir deputat, eləcə də hər dövlət fəaliyyətini həmin prinsip üzərində qursa, uğurlara həmişə daha yaxın olarıq. Hamımız üçün eyni olan vəzifə və öhdəliklər var, bir də bizi daim müşayiət edən şərait, subyektiv amillər mövcuddur. L.Paskiye diqqətə çatdırdı ki, heç vəchlə subyektiv, hətta obyektiv səbəblər təməl öhdəliklərin yerinə yetirilməməsi üçün bəhanə ola, əsas götürülə bilməz.

Lakin bu, elə vacibdən vacib şərtdir ki, ona eyni səliqə ilə hər üzv dövlət əməl etməli olduğu kimi, Avropa Şurası da hökmən riayət etməlidir. Vəzifə və öhdəliklər birtərəfli deyil, qarşılıqlıdır. Hər iki tərəf tam intizamlı olarsa, hansısa qüsur və istisnalardan, açıq qalan borclardan danışmağa da ehtiyac yaranmaz. Üzv dövlət öhdəlikləri yerinə yetirməyə məsul olduğu kimi, Assambleya da qəbul etdiyi qətnamələrin icrasına, kağız üzərində qalmamasına cavabdehdir. Bu bir tərəzidir. Bir göz əyiləndə, o biri göz də mütləq əyiləcək. İkili standartlar olmasa, prinsiplərə qarşılıqlı şəkildə və hamılıqla ardıcıl əməl edilsə, heç bir üzv dövlət heç vaxt heç bir öhdəliyini icrasız qoymaz və qoya da bilməz”.

R.Hüseynov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, artıq 30 ilə yaxın müddətdə həll edilməmiş qalan, Avropa Şurasının da diplomatik vasitələrlə həllində müəyyən cavabdehlik daşıdığı həssas problemi, bununla əlaqədar qəbul edilmiş məxsusi qətnamələri xatırladıb.

Qeyd edib ki, 15-ci ildir Assambleya bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsini, ona qarşı etnik təmizləmə aparmasını əks etdirən 1416 saylı qətnamə qəbul edib. Hətta bir ara bu qətnamənin icrasına nəzarət edən ayrıca alt komitə də yaradılmışdı. Nəticə olmadı, çünki nəticəni əldə etməyə real cəhdlər göstərilmədi. Ona görə də 2016-cı ildə Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş 2085 saylı qətnamə də elə bu cür icrasız, kağız üzərində qaldı. Elə oxşar səbəbdən də Assambleyada illər boyu icrası düyünə düşən bu cür qətnamələrin sayı durmadan artır və artmaqdadır.

Deputat Rafael Hüseynov Avropa Şurasının özünün bir mötəbər beynəlxalq qurum kimi götürdüyü öhdəliklərə əməl etməkdə ardıcıl olacağı təqdirdə, üzv ölkələrə qarşı daha artıq tələbkar olmaq haqqı və imkanı qazanacağını vurğulayıb. “Avropa Şurası özü vəzifə və öhdəliklərinə lazımi icra qətiyyəti göstərə bilsə, eyni qətiyyəti üzv dövlətlərdən tələb etmək də indikindən qat-qat asan olacaq. Belə olan halda isə hər dəfə bizim hesabatların əvvəlindəki “İnkişaf” sözü daha rəmzi mənada səslənməyəcək, həqiqi nailiyyətlərimizin ifadəsi olacaq”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar