Sizin Reklam Burada
Xəbər lenti
20 oktyabr
19 oktyabr
BÜTÜN XƏBƏRLƏR

“Onun YAP-a heç bir aidiyyatı yoxdur” – Novruzov Cəbrayılovdan danışdı

Tarix: 29-09-2019 14:49     Baxış: 336 A- / A+
“Onun YAP-a heç bir aidiyyatı yoxdur” – Novruzov Cəbrayılovdan danışdı

“Düzdür, vaxtilə mən 5 il ərzində İntizam Komissiyasının sədri olmuşam. Amma indi araşdırıcı şəxs deyiləm. Çünki artıq İntizam Komissiyası yenidən formalaşıb. Ona görə də dəqiq bilmirəm ki, bu məsələ həqiqətdir, ya həqiqət deyil”.

Manevr.az xəbər verir ki, Milli Məclisin komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bu fikirləri musavat.com-a, deputat həmkarı Rəfael Cəbrayılovun öz deputatlıq vəsiqəsini girov qoyması barədə yayılan məlumatlara münasibət bildirərkən söylədi.

YAP funksioneri bu məsələdə fərqli yanaşmasının olduğunu da vurğuladı: “İlk növbədə onu demək istəyirəm ki, istənilən bir insanın şəxsi həyatını çəkib verməyin özü də cinayətdir. Yəni bu, bizim qanunlarla qadağan olunur. Heç kəsin səsini icazəsiz yaza bilməz, əgər xüsusi dövlət əhəmiyyətli məsələ - terrora cəhd, yaxud terroru maliyyələşdirmə, dövlət çevrilişinə cəhd göstərmə kimi halları çıxmaq şərtilə - yoxdursa. Qalan hallarda fərdin şəxsi həyatının kiminsə tərəfindən çəkilməsi, yazılması, ictimailəşdirilməsi cinayət məsuliyyəti yaradır.

Digər tərəfdən, mən bilmirəm, Rəfael Cəbrayılov deputat vəsiqəsini təhvil verib-verməyib. Əgər belə hal varsa... Artıq bu, onun şəxsi məsələsi deyil, bu məsələ bilavasitə Milli Məclis və dövlət məsələsidir, seçicilərin etimad məsələsidir ki, ortaya qoyulub. Bütün sahələrdə istefa mədəniyyəti var. Əgər kimdə ortaya belə bir hal çıxırsa, birinci o şəxs özü istefa verməlidir. Əgər istefa verməyəcəksə, o halda məsələ araşdırılacaq, dəqiqləşdiriləcək... Biz deputatların etik davranışı haqqında kodeks qəbul etmişik. Buna uyğun olaraq, həmçinin Daxili Nizamnaməyə uyğun olaraq, İntizam Komissiyası məsələni müzakirə edib müvafiq qərarını verəcək”.

S.Novruzov bir məsələni də xüsusi vurğuladı: “Bir sıra mətbuat orqanlarında yazılıb ki, bu adam YAP-ın üzvüdür. Onun YAP-a heç bir aidiyyatı yoxdur, bitərəfdir. Hər kəs bilsin ki, Rəfael Cəbrayılov bizim partiyanın üzvü deyil. Biz bu məsələyə qarışmırıq”.

YAP funksioneri məsələyə payız sessiyasının ilk iclasında, 30 sentyabrda nöqtə qoyulacağı barədə ehtimallara da toxundu: “Bir iclasla bu məsələ həll oluna bilməz. Bu məsələ İntizam Komissiyasına təqdim olunmalıdır. Mən komissiya sədri olduğum üçün proseduru yaxşı bilirəm. Komissiya yığışmalı, müzakirə aparmalı, müvafiq qərar çıxarılmalı və qərar Milli Məclisə təqdim olunmalıdır. Milli Məclis komissiyanın rəyini səsə qoyduqdan sonra məsələyə MSK baxacaq”.

Siyavuş Novruzov "deputatlarla bağlı yayılan bu kimi faktlar onu deməyə əsas verirmi ki, 2020-ci il parlament seçkilərində Milli Məclisin tərkibində ciddi dəyişiklik ediləcək?" sualına belə cavab verdi:

“Hər bir Azərbaycan vətəndaşının seçmək-seçilmək hüququ var. Konstitusiyaya etdiyimiz dəyişikliklərə uyğun olaraq, yaşı 18-ə çatmış hər bir vətəndaşımızın öz namizədliyini irəli sürmək hüququ var. Burada heç ali təhsil də tələb olunmur. Yalnız prezidentliyə namizəd üçün ali təhsil tələb olunur. Seçici kimə etimad göstərəcəksə, o da seçiləcək. Partiyalı namizədlərə gəldikdə, təbii ki, partiyalar özlüyündə “saf-çürük” edir, tədqiqat aparır, hansı dairədən kimin namizədliyi irəli sürülə, yaxud namizədliyi irəli sürülsə, qələbə qazana bilər. O baxımdan YAP seçkiyə bir il qalmış tədqiqatlarını aparır, dövr təhlil olunur. Həmçinin həmin dairələrdəki namizədlər də təhlil olunur. O namizədlərə uyğun olaraq namizədimizin adı açıqlanır. Hakimiyyətə gəlməyin yeganə yolu seçki yoludur. Bu gün başqa alternativ yol yoxdur və olmayacaq! Ona görə də hər bir partiya seçkiyə hazırlaşsın! Qarşıdan bələdiyyə seçkiləri gəlir, növbəti il parlament seçkiləri keçiriləcək. Hazırlaşsınlar və öz güclərini sınasınlar!”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar