Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

5 milyard dollar qarşılığında 5 rayon? - Rasim Musabəyovun şərhi

Tarix: 27-09-2019 23:05     Baxış: 41 018 A- / A+
5 milyard dollar qarşılığında 5 rayon? - Rasim Musabəyovun şərhi

“Nezavisimaya qazeta”da erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc olunan məqalədə Dağlıq Qarabağ münqaişəsinin həllinə dair “Bolton planı” haqda sensasiyalı iddialar ortaya qoyulub. Yazıda Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Bəyan olunur ki, Paşinyanın vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov teleqraf.com-a açıqlaması zamanı bu iddiaları rədd edib. Onun fikrincə, Rusiya mediasında bu kimi yazıların ortaya çıxması bir növ Paşinyana təzyiq məqsədi daşıyır: “Əslində bu yazıda ermənilər iştahalarını nümayiş etdirirlər. Rusiyada yaşayan ermənilər əslində Paşinyanı gözdən salmaq üçün belə iddialar çıxış edirlər. Bu kimi iddialar reallıqdan uzaqdır. Bunlar işğal nəticəsində törətdikləri ziyana görə, Azərbaycana ödəyəcəkləri bir kənara, utanmadan bizdən pul gözləyirlər. Əslində bu etik çərçivəyə sığmayan haldır və pul söhbəti heç kəsin ağlına gələ bilməz. 5 milyard... Nə danışırsan? Onların qoşunlarının işğal etdikləri torpaqdan çıxarılmasının müqabilində biz onlara heç 5 milyon da vermərik. Bunlar boş cəfəngiyyatdır”.

Mütəxəssis əlavə edib ki, əslində Putinin Yerevan səfəri öncəsi rus mediasında anti-Paşinyan məqalələrinin çoxalmasının səbəbləri var: “Əvvəla Paşinyan nala- mıxa vuru. Demək olar ki, Rusiyada 2 milyondan çox erməni yaşayır və onların güclü mövqeyi var. Paşinyanın siyasəti isə Rusiyadakı ermənilərə xeyli çətinliklər yaradır. Məsələn, Moskvada ermənilərə irad tutub deyirlər ki, gedin bu adamı ağıla gətirin. Yəni ermənilərin Rusiya hakim dairələri ilə əlaqələrinə də ziyan dəyir. Bu səbəbdən də Rusiyada olan ermənilər Paşinyana təzyiqi artırır. İndi bunun nə dərəcədə faydalı olacağını demək çətindir. Düşünmürəm ki, bu cür yazılarla Paşinyana təsir etmək mümkün olsun. Amma Rusiyanın əlində təsiri ola biləcək daha güclü rıçaqlar var. Hərbi cəhətdən ermənilərin şişməsinə pauza versə, dərhal erməni tərəfi yumşalacaq. Və ya Rusiya Ermənistanın nüvə elektrik stansiyasının modernləşdirilməsinin maliyyə yükünü boynuna götürüb. Söhbət Ermənistana 300 milyon dollardan kredit güzəştindən gedir. Rusiya bu maliyyəni dayandırsa Yerevan dərhal yumşalacaq. Yəni Moskvanın Yerevana ciddi təsir etmək üçün rıçaqları var, sadəcə hələlik bundan istifadə etmir. Əvəzində Paşinyana informasiya çimdikləri edir. Amma bu cür çimdiklərlə Paşinyanı indiki siyasətindən geri çəkilməsinə nail olunacağını düşünmürəm”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar