Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Minsk qrupunun tərkibi dəyişməlidir - BU, BAŞ VERSƏ...

Tarix: 10-09-2019 18:34     Baxış: 4263 A- / A+
Minsk qrupunun tərkibi dəyişməlidir - BU, BAŞ VERSƏ...

“Həmsədrlər separatçıların “seçki”sində qəbahət görmürlər”

Manevr.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar yaydığı bəyanatı təhlil edib. Təhlildə bildirilib ki, Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur:

“Birincisi, bəyanatda da vurğulandığı kimi, “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, "axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq”. İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa “idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır. Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən “seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, heç olmazsa bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”.

İkincisi, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar. Ancaq nə faydası. Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar. Yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq”.

Politoloq Məhəmməd Əsədullazadə də məsələ ilə bağlı saytımıza danışıb.
Minsk qrupunun tərkibi dəyişməlidir - BU, BAŞ VERSƏ...

Politoloq hesab edir ki, Minsk qrupunun həmsədrləri separatçılarla sıx əməkdaşlığa malikdirlər və onların istəklərinə uyğun olaraq siyasət aparırlar:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağda qondarma separatçı rejimdə keçirilən “seçkilər” barədə bəyanatı bunu bir daha sübut edir. Bu formatla danışıqların aparılması səmərəsizdi. Ermənistan rəhbərliyi isə hazırkı formatdan çox məmnundur və daima qeyd edir ki, biz Minsk qrupunun formatında danışıqlarda maraqlıyıq. Bu, o deməkdir Minsk qrupu ermənilərin maraqlarına xidmət edir və status-kvonun qorunmasında əsas rol oynayır”.

Politoloq vurğulayıb ki, Azərbaycan ümumiyyətlə, yeni formatın yaradılmasına çalışmalıdır:

“Bura Almaniya, Rusiya, Türkiyə daxil olmalıdır. Hər iki ölkə Rusiya ilə strateji əlaqələrə malikdir və Moskvanı müəyyən irəliləyişə cəlb edə bilərlər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar