Sizin Reklam Burada
Xəbər lenti
18 sentyabr
17 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirlərin milyonları necə geri alına bilər? – “Cinayət işi başlanmalıdır”

Tarix: 09-09-2019 16:48     Baxış: 425 A- / A+
Keçmiş nazirlərin milyonları necə geri alına bilər? – “Cinayət işi başlanmalıdır”

“Keçmiş nazirləri talançılıqda ittiham etmək Azərbaycanda hüquqi dövlətin mövcudluğunu şübhə altına alır. Onların əmlaklarının əlindən alınması isə yalnız obyektiv araşdrımalar nəticəsində ola bilər”.

Manevr.az bildirir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı alim Nazim Bəydəmirli deyib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə gün əvvəl keçmiş nazirlərin ünvanına ittihamlar səsləndirib. Keçmiş nazirləri hakimiyyəti müdafiə etməməkdə, YAP-a sayqısızlıq göstərməkdə ittiham edən Siyavuş Novruzov həmçinin onların milyardlarla manat sərvətə malik olduqlarını bildirib.

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə deyib ki, həmin vəsaitlər onlardan alınmalıdır.

Nazim Bəydəmirli bildirib ki, əslində hansısa məmur vəzifədən kənarlaşdırılanda bu baş verir. “Vəzifədə olarkən onların sərvəti barədə susurlar. Həmin məmurların gəlirləri barədə heç bir açıqlama verilmir. Elə ki, vəzifədən çıxarılırlar məlum olur ki, bu adamlar büdcəni talayıblar. Mediada bu barədə geniş yazılar dərc olunur və sonra biz eşidirik ki, əmlaklarla bağlı əl dəyişimi baş verib. Bu çox mənfi tendensiyadır və dövlət adına mənfi haldır”, - deyə iqtisadçı alim bildirib.

Nazim Bəydəmirli hesab edir ki, bu cür hallara qarşı vaxtında tədbir görülməlidir. “Həmin məmurlar vəzifədə olarkən onların fəaliyyətinə nəzarət olunmalıdır. İşdən çıxarılandan sonra hər şeyi onları üzərinə atmaq çox asandır. Amma bununla belə, keçmiş nazirlərin talama siyasətilə məşğul olduqlarına dair tutarlı faktlar varsa, o zaman cinayət işi başlayıb, məsələni hərtərəfli, şəffafq qaydada araşdırıb həmin vəsaitləri geri almaq olar.

Amma Azərbaycan reallığında heç bir araşdırma aparılmadan da bu baş verə bilər”, - deyə iqtisadçı alim vurğulayıb.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar