Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi - 3 ay ərzində təzminat ödənilməlidir

Tarix: 06-09-2019 20:19     Baxış: 3207 A- / A+
Avropa Məhkəməsi Azərbaycanı cərimələdi - 3 ay ərzində təzminat ödənilməlidir

Sentyabrın 5-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 15 şikayət üzrə qərarını elan edib.

Manevr.az xəbər verir ki, bu haqda hüquqşünas Xalid Ağalıyev məlumat yayıb.

Məlumata görə, ərizəçilər müxalif partiya təmsilçiləri, ictimai-siyasi fəallardır. Onların hamısı 2009-2015-ci illər aralığında müxtəlif aksiyalarda saxlanılıblar, inzibati qaydada cərimələnib, inzibati həbsə məhkum olunublar.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində Konvensiya ilə qorunan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək azadlığı və s. hüquqlarının pozulduğunu iddia edirdilər.

Avropa Məhkəməsi yekun qərarında hesab edib ki, dövlət Ərizəçilərə münasibətdə onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir. Qərardan 3 ay sonra ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7200, Razim Rzayevə 7270, İslam Həsənova 5750, Mübariz Əbdülkərimova 5750, Rauf Əbdülrəhmanlı, Əli Abdullayevə 5500, Rafiq Cəlilova 9200, Türkel Alışova 11 min, Saqif Qurbanova 11 min avro təzminat ödənilməlidir.

Ərizəçilərdən yalnız bir nəfər - Fuad Hacıyevə təzminat ödənilməyəcək. AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfi maddi tələb irəli sürməyib.demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar