Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yeltsinin keçmiş müşaviri: "Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir"

Tarix: 05-09-2019 22:27     Baxış: 3258 A- / A+
Yeltsinin keçmiş müşaviri: "Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir"
“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.

Manevr.az xəbər erir ki, bunu virtualaz.org-ın xüsusi müxbiri Zaur Rəsulzadəyə eksklüziv açıqlamasında Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib.

Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.

“Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilərlər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, - tarixçi əmindir.

Moskva, Stankeviçin fikrincə, tərəflərin barışmasında müsbət rol oynaya bilər: "Həm Bakı, həm də Yerevanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar".

Bəs “Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, “onda müəyyən bir insanın konkret avantürası var idi”.

“Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək.

Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək", - deyə Stankeviç vurğulayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar