Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məmmədyarov Kenci Yamada ilə görüşdü

Tarix: 05-09-2019 22:07     Baxış: 2194 A- / A+
Məmmədyarov Kenci Yamada ilə görüşdü


Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Yaponiya Xarici İşlər nazirinin Parlament üzrə müavini Kenci Yamada ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən axar.az-a bildirilib ki, görüşdə nazir Elmar Məmmədyarov “Şimal-2” elektrik stansiyasının tikintisinin başa çatmasının mühüm hadisə olduğunu qeyd edib və Prezident İlham Əliyevin bu stansiyanın açılış mərasimində şəxsən iştirak etməsinin iki ölkə arasında münasibətlərə yüksək etimadının göstəricisi olduğunu vurğulayıb.

Kenci Yamada “Şimal-2” elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini ifadə edib, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının Yaponiya tərəfindən yüksək qiymətləndirildiyini dilə gətirib.

Yaponiya Xarici İşlər nazirinin Parlament üzrə müavini Kenci Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Kenci Yamada Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar