Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni siyasi məhbus siyahısı etirazla qarşılandı - reaksiyalar

Tarix: 03-09-2019 09:14     Baxış: 4282 A- / A+
Yeni siyasi məhbus siyahısı etirazla qarşılandı - reaksiyalar


Deputat: “Bu insanlar çox yanlış yol tutublar”; Novella Cəfəroğlu: “Gündə on dəfə siyahı hazırlanır”
Avqustun 31-də “Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı (ASMAİ) ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını yayıb. 8 qrupa təsnif edilmiş siyahıda 117 nəfərin adı var.

Onlardan 6-sı jurnalist və blogger, 1-i hüquq müdafiəçisidir. 6 nəfər də müxalif partiya və hərəkatların üzvləridir. Habelə siyahıda Avropada yaşayan mühacir Türkel Azərtürkün bir qohumu da yer alır.

Orada ən çox şəxsin yer aldığı dindarlar qrupudur. Onların sayı 55 nəfərdir. Bu qrupda adı keçənlərin sayı “Gəncə işi” məhkəməsi ilə bağlı çoxalıb. Siyahıda ömürlük məhbuslar və başqa qruplar da yer alır.

Amma siyahıdan adları çıxarılanlar da var. Onlar bu yaxınlarda azadlığa qovuşan jurnalist Seymur Həzi və Müsavat Partiyasının fəalı Azad Həsənovdur.

Yeni açıqlanan siyahı kifayət qədər suallar yaradıb. Bu da səbəbsiz deyil. Çünki bu ilin martında imzalanın son əfv sərəncamında 50-dən çox siyasi məhbus azad olunub. Həmin vaxtın üzərindən keçən aylar ərzində elə də ciddi həbslər baş verməyib. Bu, öncə Azərbaycanda, ümumiyyətlə, siyasi məhbus olmadığını deyən iqtidar düşərgəsində ciddi narazılıq yaradıb.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov dedi ki, Aərbaycanda adlarını hüquq müdafiəçiləri qoyub, əslində siyasi məhbus siyahısı ilə alver edən insanlar hələ də var: “Azərbaycan prezidenti dəfələrlə amnistiya elan edib. Eyni zamanda I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dəfələrlə ”Amnistiya aktı" qəbul olunub. Azərbaycan iqtidarının xeyirxah addımı, mərhəmət göstərməyi ilə müxtəlif insanları vaxtından əvvəl azad etməyindən sui-istifadə olunması heç də xoşagələn hal deyil. Bunlar “beşinci kolon”un üzvlərinə çevrilən insanlardır ki, “siyasi məhbus” siyahısı ilə Azərbaycana təsir etmək istəyənlərin oyuncaqlarına çevrilirlər. Bəzən bu siyahıları tutanların maddi maraqlarının olduğu sübut olunub. Nəyinsə qarşılığında insanları hazırladıqları siyahılara salırlar. Siyasətlə məşğul olmamış adamları da müxtəlif bəhanələrlə siyahılarına daxil edirlər ki, guya nə zamansa hər hansı bir söz deyib. Azərbaycana düşmən kəsilən qüvvələrin vasitəçilərinə çevrilən, kənardan ölkəmizə təsir etməyə çalışanlara dəstək verənlərin hərəkətləri zaman-zaman başa düşülüb.

Təəssüf ki, bu insanların qanları azərbaycanlı olsa da, onlarda azərbaycançılıq qalmayıb. Dövlətin öz mövqeyi var. Vaxtaşırı müxtəlif addımlar atılır. Bu insanlar seçilir, hansı islah olubsa, hansının ailə vəziyyəti ilə bağlı azad olunması vacibliyi üzə çıxıbsa, azad olunurlar. Bu cür halları alver predmetinə çevirmək nə hüquq müdafiəçisinə, nə də hansısa bir insana yaraşır. Yeni siyahını yaratmaq, son əfvdən qısa müddət keçməsinə baxmayaraq bir daha bunu meydana çıxarmaq xoş hal deyil. Süni bir şəkildə belə siyahılar hazırlamaq o insanlara yaraşmır. Biz hamımız hər şeyi yaxşı görürük. Təəccüblə qarşılamaq olar ki, bu insanlar çox yanlış yol tutublar. Bu cür addımlarla Azərbaycana təzyiq, təsirlər göstərmək mümkün deyil. Ölkə iqtidarını öz xeyirxah əməlindən daşındırmaq mümkünsüzdür. Eyni zamanda hansısa insanların adlarını siyahılara salmaqla cinayət törədənlərin vaxtından əvvəl azad olunmalarına nail olmaq mümkün deyil. Hər şey ədalət tərəzisində çəkilir, ölçülür və obyektiv qərarlar qəbul olunur".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlunun yeni siyasi məhbus siyahısına mövqeyi belədir: “Açığı, yeni siyahıdan xəbərsizəm. Çünki gündə on dəfə siyahı hazırlanır. Sutkalıq cəza alanları da siyasi məhbus adlandırıb, siyahılarını şişirdirlər. AŞ PA həmməruzəçisi Azərbaycana gəlir. Onun gəlişinə hədiyyə hazırlayırlar. Hökumət gərək bunlara cavab verməkdənsə, yerdə qalanları azad edib, onların əllərində heç bir əsas qoymasın. Son bir ildə 3/2 -i ilə çox adam azad olunub. Bu proses davam edəcək. Azadlığa çıxanları demirlər, hətta gizlətməyə çalışırlar. Bunların yeganə məqsədləri odur ki, kimlərisə ortalığa çıxarıb qrantlar alsınlar. Yaxınlarda siyasi məhbuslarla bağlı çox ciddi dəyişikliklər olacaq. Bunun ilin sonuna qədər baş tutacağı gözlənilir. Bizim daxil olduğumuz qurumun da siyahısı var. Bu siyahı Prezident Administrasiyasında, Avropa Şurası və digər qurumlarda var”.

Xəbəri paylaş







Müəllif: Yalchin
Tarix: 3 sentyabr 2019 19:44
Siz heç kesin boynuna minnet qoymayın! Əvvəlcə Azərbaycanda siyasi hakimiyyətin təsirindən tam azad məhkəmə yaradılsın, ona görecəyik ki, o tutulanları məhkum etmək mümkün olacaq, ya yox. Nə üçün bundan danişmirsınız? Nəyə görə Azərbaycanda Məhkəmə-Hüquq Şurasının rəhbəri məhkəmə hakimi deyil, icra sistemində yer alan, prezident tərəfindən vəzifəyə təyin və azad oluna bilən şəxs-ədliyyə naziri- qoyulmalıdır. Məhkəmələrin müstəqil olmasının bir çox şərtləri var ki, uzun söhbətdir deyə, yazmaq olmur. Heç onda nə aminstiyaya, nə də əfvvə ehtiyac qalmayacaq ki, kimlərsə də bununla boynumuza minnət qoysun. O insanların məhkəmə proseslərində obyektiv həqiqətləri aşkar etmək üçün verilən vəkil vəsatətlərinin heç birini məhkəmlər qəbul etmir, hansı ki, hamısı ittiham hökmləri ilə yekunlaşıb. Vəkillər Kollegiyasının rəhbərliyi müstəqil və mübariz vəkilləri üzvülükdən azad edir, bütün vəkilliyi tam iflic vəziyyətinə salır. Siz narahat olmayın! Tarix çox haqsızların etdiyi günaha görə üzünə tüpürüb. Baxarıq! Azərbaycana xəyanət etmək ittihamı da siyasi texnologiyadan başqa bir şey deyil.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar