Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

E. Namazov Qarabağ məsələsinin həll yolunu göstərdi: "Kolxoz malı" kimi...

Tarix: 02-09-2019 15:48     Baxış: 4373 A- / A+
E. Namazov Qarabağ məsələsinin həll yolunu göstərdi: "Kolxoz malı" kimi...

Bu gün Qarabağ məsələsi də “kolxoz malı”na dönüb.

Manevr.az xəbər verir ki, bu sözləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov redaktor.az-a deyib.
E. Namazov Qarabağ məsələsinin həll yolunu göstərdi: "Kolxoz malı" kimi...

E. Namazov hesab edir ki, Azərbaycanda sırf Qarabağ məsələsi ilə məşğul olan qurumun yaradılmasına ehtiyac var:

“Azərbaycan müharibə şəraitindədir və 20 % torpağımız işğal altındadır. Ancaq ölkəmizdə elə bir dövlət məmuru yoxdur ki, onun aldığı məvacib sırf Qarabağ münaqişəsinin həlli ilə bağlı olsun. Yəni bu sahədə işləri koordinasiya edən mexanizmlər hələ yaranmayıb. Sovet dövründə camaatın arasında “kolxoz malı” ifadəsi geniş yayılmışdı. Həmin dövrdə şəxsi mülkiyyət demək olar ki, yox idi, hər şey sosialist mülkiyyəti idi. Bu mülklərin də sahibi guya hər kəs idi. Yəni həmin mülkün konkret heç bir sahibi yox idi. Qara camaatın içərisində yiyəsiz olan hər şeyə “kolxoz malı” deyilirdi. Çünki bu malı kim necə istəyirdi dağıdırdı, istifadə edirdi. İndi Qarabağ məsələsini də “kolxoz malı”na çeviriblər”.

E. Namazov vurğulayıb ki, Azərbaycanda bu sahə ilə məşğul olan, sırf buna görə maaş alan məmur yoxdur:

“Torpaqları işğal edilən dövlətlərdə adətən üst qurum olur (Məsələn, Milli Təhlükəsizlik Şurası). Həmin qurumda həm hərbçilər, həm diplomatlar, həm də informasiya sahəsində çalışan insanlar təmsil olunur. Qarabağla bağlı atılacaq addımları həmin qurumda müəyyənləşdirirlər. Yəni bu qurumda diplomatların təklifləri hərbçilər tərəfindən nəzərdən keçirilir, informasiya sahəsində olan materiallar da hərbçilər və diplomatlar tərəfindən dəyərləndirilir. Bu qurum Azərbaycanda yoxdur. Bizdə Milli Təhlükəsizlik Şurası 2-3 aydan bir toplaşaraq, iclas keçirir, amma obu iclaslar heç bir nəticə vermir. Milli Təhlükəsizlik Şurasının aparat kimi güclü bir qurum olaraq yaradılmasına obyektiv və subyektiv səbəblərdən ehtiyac duyulmursa, başqa təcrübədən yararlanmaq olar. Başqa dövlətlərdə bu sahəyə cavabdeh ya xüsusi ayrılmış nazir, ya da baş nazirin müavini olur. Təəssüf ki, bizdə hələlik həm Qarabağla bağlı siyasətimizi, həm də daha böyük geopolitik layihələrimizi işləyib-hazırlayıb reallaşdırmağa cavabdeh olan qurumlar formalaşmayıb. Biz əslində bundan başlamalıyıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar