Sizin Reklam Burada
Xəbər lenti
18 noyabr
17 noyabr
BÜTÜN XƏBƏRLƏR

Daha bir deputat narazılığını dilə gətirdi - "Bu, ciddi yanaşma deyil"

Tarix: 01-09-2019 23:14     Baxış: 449 A- / A+
Daha bir deputat narazılığını dilə gətirdi - "Bu, ciddi yanaşma deyil"

"Dövlət qəzetlərində başsağlığı çap edilməsi digər səhifələrdə olan mühüm siyasi məlumatlara kölgə salır".

Bu sözləri axar.az-açıqlamasında millət vəkili Elman Nəsirov Milli Məclisin dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arasında dini etiqad azadlığı ilə bağlı qanuna ediləcək dəyişiklik ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

O, Siyavuş Novruzla eyni fikirdə olduğunu bildirib:

"Dövlət tərəfindən maliyyələşən "Xalq", "Respublika" və "Azərbaycan" qəzeti kimi çoxsaylı qəzetlərimiz var. Bəzən dövlət qəzetlərinin son səhifəsində başsağlığı kimi materiallara rast gəlirik. Düşünürəm ki, bu kimi yazıların çap edilməsi üçün müxtəlif qəzetlər və elektron vasitələr daha məqsədəuyğundur. Dövlət qəzetlərində başsağlığı çap edilməsi digər səhifələrdə olan mühüm siyasi məlumatlara kölgə salır. Prezidentimizin və onun köməkçilərinin ölkədə həll etdiyi və həll etməyə çalışdığı mühüm məsələlər var ki, onlar bu qəzetlərdə çap olunmalıdır. Dövlət qəzetləri bu cür materiallara üstünlük verməlidir.


Manevr.az


Başsağlığı qəzetlərdə müəyyən məbləğ qarşılığında işıqlandırılır. Bu üsulla dövlət qəzetlərinin qazanc əldə etməsini düzgün hesab etmirəm. Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir və işçilərin qazancları yaşayış üçün qənaətbəxşdir. Əgər başsağlığından əldə etdikləri gəlirlərdən işçilərin əməkhaqlarını ödədiklərini bildirirlərsə, düşünürəm ki, bu yanaşma heç də ciddi deyil".

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib:

"Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov S.Novruzovun iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər. S.Novruzov isə bu açıqlamaya dərhal reaksiya verib. "Yeni Müsavat" qəzetinə açıqlamasında S.Novruzov "Azərbaycan" qəzetinin nəşrini dövlətin həyata keçirdiyini, redaksiyanın nəşrə pul xərcləmədiyini, həmçinin qəzetin dövlət qurumlarında abunə etdirildiyini, "əməkdaşların əlavə qazanc imkanlarının olduğunu", bu səbəbdən də B.Sadıqovun arqumentlərini qəbul etmədiyini dey








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar