Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin Ərdoğana GİZLİ MESAJI

Tarix: 27-08-2019 15:47     Baxış: 3244 A- / A+
Putinin Ərdoğana GİZLİ MESAJI

“Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı elə bir gündə ölkəsinə səfərə dəvət edib ki, Türkiyə prezidentinin Suriyanın İdlib şəhərinə görə Kreml sahibi ilə mübahisəyə girişməsi və ya istədiyini əldə etməsi mümkünsüz görünür”.

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Ərdoğan İdliblə bağlı istənilən narahatlığını rusiyalı həmkarının diqqətinə çatdırsa da, Putin Əsədlə əvvəlki kimi bildiyini edəcək:

“Birincisi, Putin Ərdoğanı Moskva vilayətində keçirilən AKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisinə dəvət edib və hər iki lider buradakı çıxışlarında aviasiya imkanlarından danışıblar. Putin həm də bu sərgi vasitəsilə Ərdoğana işarə edib ki, “Amerika sənə vəd etdiyi hərbi təyyarələri satmasa, ondan da yaxşısın və ucuz qiymətə mən sənə sata bilərəm”.

İkincisi, Ərdoğanın Putinlə görüşdüyü gün Rusiyanın Türkiyəyə satdığı S-400 raketlərinin ikinci hissəsi Ankaradakı hava limanına enib. Bunun özü də Putinin Ərdoğana mesajıdır ki, “İdlibin Suriya ordusunun nəzarəti keçməsinə əvvəl-axır razılaşmalısan”. Bundan sonra Ərdoğan İdliblə bağlı istənilən narahatlığını rusiyalı həmkarının diqqətinə çatdırsa da, Putin Əsədlə əvvəlki kimi bildiyini edəcək. Ancaq bunu elə edəcək ki, Ərdoğanın da Türkiyə daxilində mövqeləri zəifləməsin. Hiss olunur ki, Putin ətrafındakılara tapşırıb ki, İdlib məsələsində Ankara ilə fikir ayrılığında olsaq da, nə badə Türkiyənin ünvanına sərt sözlər deməyin. Təsadüfi deyil ki, Putinin özü də deyir ki, Türkiyənin Suriyada narahatlıqlarını anlayır, ancaq bu cümləsini əlavə etməyi də unutmur: “Rusiya Türkiyə ilə heç bir razılaşmanı pozmur və Astana dialoq çərçivəsində Suriyada terrorçuların neytrallaşdırılması davam edir””.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar