Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspertdən etiraf: Heçnə yolunda deyil, Bakıya uduzuruq

Tarix: 24-08-2019 16:11     Baxış: 3203 A- / A+
Erməni ekspertdən etiraf: Heçnə yolunda deyil, Bakıya uduzuruq

Ermənistan xarici siyasət sferasında zəifdir. Hakimiyyət xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğuldur.

Manevr.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni politoloq Qagik Ambaryan deyib.

“Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontraktların hamısını ləğv etdilər, ABŞ Konqresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin Naxçıvana münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyyət üçün əsas hakimiyyətini qorumaqdır. Paşinyan hakimiyyətə təcrübəsiz komandasıyla gəldi, səhvlər buraxdı və indi bundan onun opponentləri yararlanır.

Xarici İşlər naziri Zöhrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peyda olub. Diplomatiya ictimailiyi sevir. Ona görə də, Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölən kimi Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi”, - deyə o bildirib.

Ambaryan Paşinyanın ən rusiyayönlü siyasətçi olduğunu, amma Moskvanın hələ ona inanmadığını deyib:

“Ehtiyatlı olmağı məsləhət görərdim. Biz Rusiyadan Ermənistanda baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistan bu bazadan imtina edəcəyi halda hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsləndirəndə heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar