Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Vaşinqtonun ümidini puça çıxardı - Politoloq

Tarix: 14-08-2019 18:42     Baxış: 3230 A- / A+
Paşinyan Vaşinqtonun ümidini puça çıxardı - Politoloq

Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ səfəri sıradan bir səfərdir və Vaşinqton tərəfindən reallaşdırılmayıb.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, özünü regionda demokrat sayan erməni baş naziri artıq Vaşinqtonda populizmin əsas daşıyıcısı və Moskvadan qorxan kimi xarakterizə edirlər:

“Vaşinqton çalışırdı ki, Ermənistanda Paşinyanın timsalında ikinci Saakaşvilini hakimiyyətə gətirsin və Rusiyanın varlığına son qoyaraq qonşu dövlətlərlə normal münasibətlər qursun. Amma erməni baş nazir ABŞ-ın gözləntilərinə rəğmən populizmə üstünlük verərək diktatorluğunu qurdu, Rusiyadan asılı və Qarabağ münaqişəsinin həllində barışmaz mövqe ortaya qoydu. İki stulda oturmağa can atan erməni baş nazirə ilk gündən Moskvada etibar edilmir və hakimiyyətdən getməsi üçün Kreml münbit şərait yaratmağa çalışır”.

Politoloq bildirib ki, rəsmi Vaşinqton da Paşinyana gözlədiyi dəstəyi vermədi:

“ABŞ-ın dəstəyinə arxayın olaraq hakimiyyətə gələn Paşinyan elə bilirdi ki, Vaşinqton onun Qarabağla bağlı işğalçı siyasətinə şərik çıxacaq və bir demokrat olaraq onu dəstəkləyəcək. Amma ABŞ praqmatizmə üstünlük verdiyindən Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa maliyyə yardımını kəsərək Azərbaycana 100 milyon dollar vəsait ayırdı”.

Politoloqun sözlərinə görə ABŞ-a rəsmi dəvət almayan erməni "demokrat" xarici siyasətdə fiaskoya uğramaqdadır:

“Post-sovet ölkələrində inqilabla və demokratik yolla hakimiyyətə gələn liderlər bir qayda olaraq Ağ Evdə və Konqresdə təmtəraqla qarşılanır. Biz bunu Gürcüstanda, Ukraynada baş verən rəngli inqilablarda gördük. Amma Ermənistanda baş verən inqilaba Vaşinqton böyük ümid etsə də, Paşinyan bu ümidləri elə ilk aylarda puç etdi”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar