Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

"Paşinyan danışıqlar prosesinə ciddi xələl vurur" - Polad Bülbüloğlu

Tarix: 09-08-2019 21:50     Baxış: 433 A- / A+
 "Paşinyan danışıqlar prosesinə ciddi xələl vurur" - Polad Bülbüloğlu

Bu gün Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lotfi Buşaarı arasında görüş keçirilib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayaraq Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun yeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Diplomat bu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edərək, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini söyləyib. Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatı həmsöhbətinin diqqətinə çatdıraraq ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkür edib. Bundan başqa, Polad Bülbüloğlu Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini də vurğulayıb.

Eyni zamanda Polad Bülbüloğlu bu ilin 5 avqust tarixində Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatları qeyd edərək, onların danışıqlar prosesinə ciddi xələl vurduğunu bildirib.

Mərakeş səfiri Lotfi Buşaar Mərakeş Krallığının Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini və münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, o, 2012-2013-cü illərdə Mərakeşin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırladıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar