Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlginc iddia: “Ərdoğan bunu etsə...” - Qarabağ düyününü çözəcək formul

Tarix: 08-08-2019 20:48     Baxış: 4205 A- / A+
İlginc iddia: “Ərdoğan bunu etsə...” - Qarabağ düyününü çözəcək formul

“ABŞ Türkiyənin YPG/PKK terror təşkilatının Suriyanın şimalındakı – Fərat çayının şərq sahillərindəki mövqelərinə qarşı planlaşdırdığı əməliyyata mane ola bilmir. ABŞ-dan verilən narahatlıq bəyanatlarına rəğmən, Vaşinqton artıq Ankara ilə razılaşmaq üzrədir. Türkiyənin əsas şərti budur ki, ABŞ YPG-ni bu ərazilərdən çıxarmalı, yaxud hərbi əməliyyatlara mane olmamalıdır”.

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

YPG-nin Türkiyəyə qarşı qurulmuş terror təşkilatı olduğunu bildirən ekspertin fikrincə, bu təşkilatın hədəfi Suriyanın şimalında muxtariyyət əldə etməkdir:

“PKK-nın burada möhkəmlənməsinə şərait yaratmaqla, Türkiyəyə qarşı hücumları davam etdirmək də plana daxildir. Bu baxımdan düşünürəm ki, Türkiyə bunun qarşısını almaq məqsədilə bölgədə başlayacağı əməliyyat YPG və PKK-ya öldürücü zərbə vuracaq.

Amma ABŞ buna imkan vermək istəmir və təkidli bir formada YPG ilə əməkdaşlığı davam etdirir. Türkiyənin isə öz planından imtina edərək geri çəkiləcəyi inandırıcı deyil, bütün mümkün vasitələrdən istifadə edərək bu terror təşkilatlarını öz sərhədlərindən uzaqlaşdıracaq”.

Məhəmməd Əsədullazadənin fikrincə, bölgədə Rusiya ilə əməkdaşlıq edən Türkiyə Suriya müharibəsində sülhə və öz təhlükəsizliyini təmin etməyə yaxındır:

“Bu baxımdan, Ankara-Moskva tandemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər. Qənaətimə görə, Ərdoğan Suriya məsələsindən sonra Qarabağ münaqişəsini aktiv formada gündəmdə saxlasa, Moskva-Ankara danışıqları Qarabağ məsələsində müəyyən razılaşmaya gələ bilər”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar