Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Duqin: “Əgər Amerika Azərbaycana təzyiqə cəhd etsə...”

Tarix: 02-08-2019 12:50     Baxış: 3281 A- / A+
Duqin: “Əgər Amerika Azərbaycana təzyiqə cəhd etsə...”

ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqindən sonra dünyanın bir sıra ölkələri İslam Respublikası ilə əməkdaşlıqdan imtina edir.

Ancaq qlobal iqtisadi, nəqliyyat layihələrinin reallaşmasına yönəlik əməkdaşlıq formatı indi də davam etməkdədir. Yaxın zamanda Azərbaycan, Rusiya, İran dövlət başçılarının sammiti keçiriləcək.

Manevr.az xəbər verir ki, tanınmış rusiyalı təhlilçi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin “Moskva-Bakı”ya gözlənilən sammiti dəyərləndirib:

"Əlbəttə, sanksiya istənilən ölkəyə neqativ təsir edir. Onlar təkcə İrana təsir etmir, həm də Rusyaya, Çinə təsir göstərir və məqsədinə çatır. Yəni demək olmaz ki, bu, tamamilə mənasız aksiyadır. Onlar sözsüz ki, dövləti zəiflədir, daxili gərginlik yaradır.

Ancaq bu sanksiyaların iş mexanizminə baxın. Amerikalıların qənaətncə, sanksiya heç vaxt öldürmür, dövləti heç vaxt diz üstə çökdürmür. Bəli, onların təsiri var, ancaq məhz ABŞ-ın gözlədiyi dərəcədə təsiri var. Ancaq "Biz sanksiyaya tüpürürük, bizə heç nə olmayacaq" demək doğru deyil. Bu təbliğatdır. Burada Nitşenin tezisi yada düşür - "Məni öldürməyən şey güclü edir”. Bu, çox ağrı yaradır, ABŞ təkcə İrana yox, Rusiyaya, Çinə və digər ölkələrə zərbə vurur. Ancaq İran, Rusiya, Çin bu sanksiyalara dözsə və Qərbin maliyyə iştirakından imtina etdiyi dünyada mövcudluğunu davam etdirsə, o zaman çoxqütblü dünya real olacaq. Qərb digər dövlətlər üçün həyat əhəmiyyətli olmayacaq, ondan heç kəs asılı qalmayacaq. Və bu zaman Nitşenin formulu işləyəcək.

ABŞ dövlətlərə sağdan-soldan zərbə vurur, nəticədə bu ölkələrin cavabı qorxunc olacaq. Onlar ABŞ-a özünə gələ bilməyəcəyi zərbə vuracaqlar. Bu zərbə dünyada çoxqütblü dünyanın yaradılması olacaq. Bununla Amerika dominatlığının, hegemonluğunun sonu gələcək. Biz onu hansısa daxili prpoblemlərin həlli üçün çağırmayacağıq. Sanksiya təzyiqi altında olan ölkələrin birləşməsi Amerika imperiyasına son qoyacaq. Bu, mənə SSRİ-nin sonunu xatırladır. Kreml SSRİ-nin dağılmasına inanmaqdan imtina edirdi. Ancaq respublikalarda görürdülər ki, sona lap az qalıb. İndi də ABŞ-dan kənarda görürlər ki, hegemonluğu saxlamaq mümkün deyil”.

Duqin bildirib ki, bütün bunları anlayanlar ABŞ-a "stavka" qoymaz:

“Bunu anlayanlar öz suverenliyini qorumaq, güclərini saxlamaqla öz aralarında əməkdaşlıq formatı qurur. Rusiya İranla, Rusiya Çinlə olduğu kimi. Bu, təbii ki, olduqca ağıllı siyasət aparan Azərbaycana da aiddir. Mən hesab edirəm ki, İlham Əliyev Zaqafqaziyada ən uğurlu liderdir. O, praqmatikdir, realistdir, öz ölkəsini yenidən qurub. O, dövlət gəmisini olduqca əmin, doğru kursla aparır, öz ağıllı siyasəti ilə Azərbaycanın çoxqütblü dünyadakı yerini təmin edib. Bu yer o demək deyil ki, Azərbaycan Rusiyanı, yaxud Çinin ardınca gedəcək, bu, o deməkdir ki, o, öz maraqlarını qoruyacaq. Məhz bu, Azərbaycanın müstəqilliyini təmin edir və çoxqütblü dünyadakı yerini müəyyənləşdirir. Atasının siyasətini davam və inkişaf etdirən İlham Əliyevin etdikləri “Azərbaycan möcüzəsi” strategiyasını real edir. Azərbaycanın yeri gələcəyə məxsus olanların yanında olacaq”.

O bildirib ki, İranla iqtisadi əməkdaşlıqdan imtina edənləri də anlamaq olar, çünki ABŞ-ın təzyiqindən qorxurlar:

“Azərbaycanın isə öz vaciblyini anlayaraq müstəqil siyasətində israr etməsi faktı prezident Əliyevin geosiyası uzaqgörənliyinin nəticəsidir. Mən istisna etmirəm ki, Azərbaycan da Rusiya və İran kimi hansısa anda Qərbin öldürücü olmayan zərbələrini sınaqdan keçirəcək. Əgər Amerika Azərbaycana təzyiqə cəhd etsə, Bakı asanlıqla amerikalılara əvəz tapa bilər, xüsusilə də Azərbaycanda bunun üçün hər şey var. Azərbaycanın Rusiya, Çin, qardaş ölkəsi olan Türkiyə, İranla yaxşı əlaqələri var. Azərbaycan öz milli maraqlarına hesablanan rasional siyasəti dəstəkləyir. Yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar