Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”- deputat

Tarix: 24-07-2019 10:09     Baxış: 4216 A- / A+
“Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”- deputat


Azər Süleymanov: “Saakaşvili kimi təcrübəli bir şəxsin elə bir posta təyinatı Azərbaycan üçün çox yaxşı nəticələr verə bilər”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər bir qurumun baş katibi postuna namizədliyi irəli sürülə bilər. Bu haqda xəbərlər bir-birini əvəzləməkdədir. Qonşu dövlətin sabiq rəhbərinin dünya siyasətində əsas rol oynamış bir təşkilatın rəhbərliyinə gətirilməsi region və özəlliklə Azərbaycana nə verə bilər?

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyir ki, Gürcüstanda yaşayan azərbaycanlılar sülhün, əmin-amanlığın tərəfdarıdır: “Son seçkilər zamanı da bu bir daha təsdiq olundu. Gürcüstanda əmin-amanlıq cənab Saakaşvilinin prezidentliyi dövründən bərqərar oldu. Son proseslər göstərir ki, Gürcüstan yavaş-yavaş 90-cı illərə qayıdır. Saakaşvilidən sonra dəyişən hakimiyyətlər elə bir qonşu olmadı ki, onunla münasibətləri korlamasın.

“Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”- deputat


İlk növbədə Azərbaycanla xoşagəlməz hadisələr baş verdi. Son belə hadisə Keşikçidağdakı insidentlə əlaqəli idi. Çox təəssüflər olsun ki, Saakaşvili kimi təcrübəli dövlət başçısının yaratdığı əmin-amanlıq belə xoşagəlməz hallarla sıxışdırılır. Əlbəttə ki, Saakaşvili kimi təcrübəli bir şəxsin elə bir posta təyinatı həm Qafqaz, həm Azərbaycan üçün çox yaxşı nəticələr verə bilər. Saakaşvilini 20 ildən artıqdır ki, tanıyıram, o, öz xalqını, Azərbaycanı sevən, hər bir zaman Azərbaycana hörmətlə yanaşan bir insandır”.

Azər Süleymanov deyir ki, Mixail Saakaşvili son bəyanatlarında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan hər bir zaman, ən çətin anlarda Gürcüstanın yanında, arxasında olub, heç bir zaman Azərbaycan Gürcüstanın arxasına bıçaq saplamayıb: “Çox təəssüflər olsun ki, bugünkü hakimiyyət bu cür yanaşma sərgiləmir. Saakaşvili dünyada tanınan siyasətçidir, onun həmin posta namizədliyi, təyinatı ümumilikdə dünya insanları üçün sülh və əmin-amanlıq gətirər”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar