Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimlərin maaşı artırıldı - Prezident qanunu təsdiq etdi

Tarix: 23-07-2019 18:21     Baxış: 3186 A- / A+
Hakimlərin maaşı artırıldı - Prezident qanunu təsdiq etdi

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Manevr.az-ın məlumatına görə qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) dəyişiklikdə qeyd olunur ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

- Ali Məhkəmə sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat;

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

- Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər məhkəməsinin, Hərbi məhkəmələrin və İnzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

- Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

- Bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan MR Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

107-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”.

Bu qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar