Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanda şok olay: “Azərbaycan ordusuna niyə məğlub olduq?” – Sərkisyan çətin durumda

Tarix: 10-07-2019 18:18     Baxış: 3185 A- / A+
İrəvanda şok olay: “Azərbaycan ordusuna niyə məğlub olduq?” – Sərkisyan çətin durumda

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan 2016-cı il aprel ayında Azərbaycanla baş vermiş döyüşlər barədə hesabat vermək üçün parlamentə dəvət edilib.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, dörd günlük döyüşlərdə Ermənistan ordusunun ağır məğlubiyyətinin səbəbləri barədə dönəmin Ermənistan prezidentindən izahat tələb olunacaq.

Qəzet yazır ki, aprel döyüşləri ilə bağlı qurulmuş xüsusi komissiya erməni ordusunun məğlubiyyəti və həmin dönəm Ermənistana rəhbərlik etmiş şəxslərin buradakı rolunu araşdırır:

“Sərkisyanın iştirak edəcəyi toplantıdan əvvəl kənara məlumat sızdırmamaq üçün iştirakçıların telefonları yığılacaq. Toplantı media və ictimaiyyətə qapalı keçiriləcək”.

“Joxovurd” qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi aprel döyüşlərinə görə komissiyaya ayrı-ayrı dövlət rəsmiləri və sabiq nazirlərin olduğu siyahı göndərib. Siyahıda Serj Sərkisyanın da adı var: “Komissiya “Qarabağ rəhbərliyi”ni də görməzdən gəlməyəcək. Onlar da 2016-cı il olayları haqda izahat vermək üçün Ermənistan parlamentinə dəvət ediləcək”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar