Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hüquq müdafiəçiləri Avropada məsələ qaldırdı: "Nədən ancaq Azərbaycan..."

Tarix: 02-07-2019 23:30     Baxış: 4163 A- / A+
Hüquq müdafiəçiləri Avropada məsələ qaldırdı: "Nədən ancaq Azərbaycan..."

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında iştirak edən Azərbaycanın hüquq müdafiəçiləri səfərlərinin nəticələrin haqqında mətbuat konfransı keçirib.

Manevr.az xəbər verir ki, tədbirdə hüquq müdafiəçiləri AŞPA-da göstərdikləri fəaliyyət haqqında geniş informasiya veriblər.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, Avropa Şurası onların ölkəmizdə apardıqları fəaliyyətə dair geniş informasiyaya sahibdir. Onun sözlərinə görə, onların işini keyfiyyətsiz hesab edən, arxalarınca nə qədər danışan olsa da, bunların hamısı boşuna çıxıb: “Biz hazırda AŞ-nın baş katibi Torbyorn Yanqlandla görüşdük. Bildiyiniz kimi baş katib Azərbaycanda həm siyasi tərəfi olan və həbsə düşən məhbuslarla bağlı, həm də İlqar Məmmədovla bağlı xüsusi tələbi vardı. Bu səbəbdən də Azərbaycanla sözü düz gəlmirdi. Hətta vaxtı ilə yaradılan İşçi Qrupuna onun təhkim etdiyi rəsmi şəxs sonradan fəaliyyətini dayandırmışdı. Bu da, biz tərəfdən narahatlıqla qəbul olunmuşdu. Baş katiblə müzakirələr apardıq. Əlavə edim ki, iyulun 13-də AŞ-nın media azadlığı üzrə komissarı Dunya Miyatoviçin Azərbaycana səfəri olacaq”.

Hüquq müdafiəçisi əlavə edib ki, Strasburqda bir sıra nümayəndə heyətləri ilə görüşüb müzakirələr aparıblar: “Nazirlər Komitəsində görüşümüz oldu. Bütün görüşlərdə bir məqamı qeyd etdik: AŞ-na üzv olan elə bir ölkə yoxdur ki, orada insan hüquqları tam bərqərar olsun, demokratiyanın bütün qayələri öz yerini tapsın. Elə bir ölkə yoxdur ki, insan hüquqlarına dair pozuntu qeydə alınmasın. Məsələni belə qoyduq ki, nədən ancaq bizim ölkəmiz təpki altında qalır? Xüsusilə, onların ortaya çıxardığı məhbus problemi ilə əlaqəli. Məgər Ermənistanda və ya Rusiyada siyasi məhbus yoxdur? Var. Ancaq Azərbaycana fərqli münasibət bizi razı sala bilməz və bu məqamları görüşlərimizin hamısında qeyd etdik”.

S. Qocamanlı əlavə edib ki, keçirdikləri görüşlər zamanı Azərbaycanda martda verilən əfv fərmanı çox yüksək qarşılanıb: “Bu ona dəlalət etdi ki, biz İşçi Qrupunda çox yaxşı işləmişik. Yalnız siyasi mənsubiyyəti olan 61 nəfərin martda azadlığa buraxılması onu deməyə əsas verir ki, İşçi Qrupu lazımlı strukturdur və fəaliyyətini gücləndirməlidir. Biz bir daha nümayiş etdirdik ki, Azərbaycan hüquq müdafiə təşkilatı var qüvvəsi ilə işləyir. Xaricdə oturub bağırmaq, siyahılar hazırlayıb hər yerə göndərmək iş deyil. Sən gərək ölkədə yaşayıb bu ağrını hiss edəsən, biləsən ki, həbsdə olan insanın ailəsi nə çəkir, hansı problemlər var. Odur ki, bu problem bizə daha yaxındır və biz bu problemlə məşğul olacağıq. Bizi narahat edən məqam odur ki, Seymur Həzi azadlığa buraxılmadı. Onsuzda avqustun 25-də onun həbs müddəti başa çatacaq. Eləcədə digər şəxslərlə bağlı məsələni qeyd etdik. Ancaq bizim Azərbaycanda siyasi məhbuslar üzrə yeni həmməruzəçi ilə görüşünüz alınmadı. Çünki təyin olunan görüş vaxtı Monitorinq Komitəsinin iclası başlayırdı və həmməruzəçi iclasdan çıxa bilmədi. Ancaq yaxın dövrdə həmməruzəçi ölkəmizə səfərə gələcək və biz burada müzakirələr aparacağıq. Fikrimcə, Azərbaycana qarşı təpkilərin aradan qaldırılması üçün biz hamımız birlikdə işləməliyik. Biz demirik ki, Azərbaycanda hər şey gözəldir. Xeyir elə məsələlər var ki, ürək ağrıdır və onu aradan qaldırmalıyıq. Bunların hamısını həlli üçün ölkədə işləmək lazımdır. Elə beynəlxalq qurumlarda da ciddi işləmək vacibdir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə söyləyib ki, AŞ-nın baş katibi görüşü zamanı Azərbaycana inqilabın lazım olmadığını deyib: “Yanukoviçin dövründə Krım, Poroşenkonun zamanında isə Donbas getdi. Bu gün inqilab həm də torpaq itkisi deməkdir. Bizim yerləşdiyimiz məkan mürəkkəbdir və ətraf dövlətlərin hamısı bizim məhv olmağımızı arzu edir. Odur ki, çalışmalıyıq, işləməliyik. Hakimiyyəti tənqid etmək, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb etmək lazımdır. Bəli, bizdə məhbus problemi olmamalıdır. Mənə az qala gündə həbsxanadan 10 dəfə zəng edilir. Niyə başqalarına deyil, ancaq İşçi Qrupunda təmsil olunan bizlərə zəng edirlər? Zəng edənlərin içərisində jurnalistlər, partiya üzvləri və digər kateqoriyadan olan şəxslər də var. İşçi Qrupu bu günə qədər yüzlərlə insanın həbsdən çıxmasına səbəb olub. Fikrimcə, İşçi Qrupun olması zəruridir. Çünki hər dəfə zəng edilər və bizdə nəsə edə bilirik”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə bildirib ki, Qənimət Zahid ad çəkmədən onları tənqid edib: “İddia edib ki, guya biz AŞ-da Azərbaycandakı islahatlardan danışmışıq, amma həmin gün Bakıda saxlanılan Əli Kərimli haqqında danışmamışıq. Əslində bizim Əli Kərimlinin saxlanılmasından həmin an xəbərimiz olmayıb. Nəzərə almaq lazımdır ki, biz ekstrasens deyilik”.

Hüquq müdafiəçisi Zaliha Tahirova söyləyib ki, hər şey qanun çərçivəsində həll olunmalıdır: “Mən də hesab edirəm ki, İşçi Qrup ciddi müzakirələr aparmalı, dialoq mühiti inkişaf etdirilməlidir. Həmçinin xarici fondların və donorların ölkədə fəaliyyətinin bərpası üçün qanunvericilikdə dəyişiklik olmalıdır. Səmimi olaraq deyim ki, bölgələrimizdə vəziyyət ağırdır, insanlarımızın çoxu hüquqlarını bilmir. Ciddi maarifləndirmə işi aparılmalıdır. Bunun üçün də xarici fondların ölkədə fəaliyyətinə şərait yaradılmalıdır. Çünki QHT-lərə Dövlət Dəstəyi Şurasının cəmi 5 milyonluq büdcəsi var, amma ölkəmizdə 4 minə qədər QHT qeydiyyatdan keçib. Bu maliyyə çox azdır. Hesab edirəm ki, İşçi Qrupu bu iki məsələni daim qaldırmalıdır”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar