Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müsbət dəyişiklik yarana bilər” – ATƏT sədrindən Qarabağ açıqlaması

Tarix: 29-06-2019 12:21     Baxış: 3164 A- / A+
“Müsbət dəyişiklik yarana bilər” – ATƏT sədrindən Qarabağ açıqlaması

Slovakiyanın xarici işlər naziri, ATƏT sədri Miroslav Layçak Azərbaycan və Ermənistan arasındakı əsirlərin dəyişdirilməsi barədə açıqlama verib.

Manevr.az xəbər verir ki, ATƏT-in dönəm sədri tərəflərin bu addımından məmnun qaldığını bildirib.

Layçak bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ) ilə müzakirə etdiyini bildirib.

Müzakirədə ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Layçaka görə, münaqişə tərəflərinin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müsbət dəyişiklik yarada bilər.

O, münaqişənin həllində Minsk prosesinə, həmsədrlərin gərginliyi azaltma cəhdlərinə, müzakirələrin davamiyyətinə, münaqişə tərəfləri arasında sülh mühiti yaratma cəhdlərinə dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, dünən Ermənistanda əsir saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Zaven Karapetyanla dəyişdirilib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar