Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidovun videomüraciəti mübahisələrə səbəb oldu

Tarix: 24-06-2019 10:17     Baxış: 4247 A- / A+
İsgəndər Həmidovun videomüraciəti mübahisələrə səbəb oldu


Tural Abbaslı: “Kiminsə üzərinə şübhə salmaq istəmirəm”; Fuad Əliyev: “İsgəndər bəy səhhəti ilə heç zaman siyasi alver etməz”
Sabiq daxili işlər naziri İsgəndər Həmidov xeyli zaman ortalarda görünmədi. Ötən həftənin sonunda üzə çıxan sabiq nazir videomüraciət yaydı. Mayın ortalarından iyunun əvvəllərinə qədər Türkiyədə müalicə olunan İ.Həmidovun müəyyən müddət ortalıqda görünməməsi və qəfil meydana çıxması ilə bağlı müxtəlif mövqelərə rast gəlinir.


Qeyd edək ki, onun Türkiyəyə gedişi iki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatındakı qanadlardan birinə, məhz onun lideri olduğu tərəfə qarşı təzyiqlərin baş verdiyi günlərə təsadüf etmişdi. Bu səbəbdən onun Türkiyədə olduğu 20 gün ərzində üzə çıxmaması, Bakıya qayıtdıqdan sonra heç kimlə təmas qurmaması və Şamaxıdakı bağ evinə getməsi çoxsaylı suallar yaratmışdı. Ən azından tərəfdarlarına videomüraciət etmək imkanlarının olduğu və bundan nə üçün istifadə etməməsi ilə əlaqədar fikirlər də mövcuddur. Son müraciəti isə müzakirələrin sayını daha da artırıb.

İsgəndər Həmidovun videomüraciəti mübahisələrə səbəb oldu


AXH-nin qurucularından olan, AĞ Partiya başqanı Tural Abbaslı şübhəli məqamların çoxluğuna işarə vurdu: “Nəhayət, uzun bir zamandan və müəmmadan sonra İsgəndər Həmidovun videomüraciəti yayıldı. Bütün bu məsələlər barədə birmənalı nəsə deməyi düzgün hesab etmirəm. Mənim üçün burada xeyli qaranlıq və müəmmalı məqamlar çoxdur. Lakin hələlik fikirlərimi açıq deyib, kiminsə üzərinə şübhə salmaq istəmirəm. Ancaq tərəfdaşlarının həbsləri, özünün sirli şəkildə müalicəyə getməsi - ”açıq ürək əməliyyatı keçirib", “sadəcə, müayinə olunub”, “tərəfdaşlarına qarşı repressiyalardan məlumatsızdır”, “hər şeyə nəzarət edir”, “siyasətdən gedir”, “mübarizəyə davam edəcək” kimi bir-birini təkzib edən xəbərlərə aydınlıq gətirilməlidir. Hələlik bunlar olmayıb. Odur ki, nəsə demək istəmirəm, məncə, olanlarla bağlı hər kəs özü nəticəyə gəlib, qərar verməlidir".

İsgəndər Həmidovun videomüraciəti mübahisələrə səbəb oldu


İ.Həmidovun lideri olduğu AXH-nin idarə heyətinin üzvü, ALDP sədri Fuad Əliyev sabiq nazirin səhhətinin yaxşı olduğunu söylədi: “Videomüraciətlə tanış oldum. İsgəndər bəyin səhhətinin yaxşı olduğunu demək olar. Sözsüz ki, səhhətində yaranan problemlər tam bitməyib. Müalicəsi hələ də həkimlərin nəzarəti altında davam edir. Videomüraciətdən sonra mənə zəng vurdu, Azərbaycan Xalq Hərəkatı ilə bağlı öz fikirlərini bölüşdü, hərəkatın fəaliyyəti ilə maraqlandı. İsgəndər bəyin yaxın bir ay, yaxud ay yarım ərzində AXH-nin iclaslarında iştirak edə biləcəyini düşünürəm. Hərəkatın idarə heyətinin üzvlərinə fəaliyyətlərini gücləndirmələrini daim tövsiyə edir. Təşkilatlanmanın davamlı olmasının vacibliyini də hər zaman vurğulayır. Hərəkat da öz fəaliyyətini bir an belə dayandırmır”.

F.Əliyev sabiq nazir ətrafında gedən söz-söhbətlərə də aydınlıq gətirdi: “Bu deyilənlər dezinformasiyadır. Kim nə deyirsə, bir söz deyə bilmərəm. Allah heç kimi ağır xəstəliyə düçar etməsin. Hər halda bu, daha çox mənəvi məsələdir. İsgəndər bəy səhhəti ilə heç zaman siyasi alver etməz. Onu tanıyan hər kəs bilir ki, belə ucuz yollara əl atmaz. Səhhətində ciddi bir problem olmuşdu. Vaxtında həkimlərə müraciət edildi. Onun üçün də müalicə uğurla keçdi”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar