Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədət Quliyev nazir kimi yeni iş yerində

Tarix: 21-06-2019 16:00     Baxış: 3202 A- / A+
Mədət Quliyev nazir kimi yeni iş yerində


Azərbaycanın yeni Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

Manevr.az report-a istinadən xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb.

Müdafiə Sənayesi Nazirliyində keçirilən tədbirdən əvvəl isə M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və şəxsi heyəti ilə vidalaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar