Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın torpaqlarımızda SENSASİON MƏQSƏDİ - Politoloq HƏR ŞEYİ AÇDI

Tarix: 10-06-2019 17:56     Baxış: 3221 A- / A+
Ermənistanın torpaqlarımızda SENSASİON MƏQSƏDİ - Politoloq HƏR ŞEYİ AÇDI

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Bu, Ermənistan ordusunun son bir neçə gündə ikinci belə təxribatıdır. Belə ki, 30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi. Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olmuşdu.

Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin və görüşlərin davam etdiyi ərəfədə belə təxribatlar törətməsi, əlbəttə ki, səbəbsiz deyil.

Politoloq Tofiq Abbasov publika.az-a açıqlamasında bildirir ki, Ermənistan yeni müharibəni alovlandırmağı qarşısına məqsəd qoyub:

"Bu təxribatın bircə adı var: Ermənistan sülh istəmir. Azərbaycan torpaqlarını işğaldan azad etmək fikrində deyil. Bu da o anlama gəlir ki, Ermənistan yeni müharibəni alovlandırmağı qarşısına məqsəd qoyub. Bu məqsədi də öz imkanları ilə həyata keçirir. Ermənistanın müdafiə naziri Devid Tonoyan açıqlama verib ki, Azərbaycan əsgərinin qətlə yetirilməsinə qərarı şəxsən özü verib. Bu o dərəcədə təhlükəli, mövcud vəziyyəti dağıda biləcək bir etirafdır ki... Belə açıqlama həm də ondan xəbər verir ki, erməni siyasi liderləri, hakimiyyətdə olan qüvvələrinin sağlam, adekvat düşüncə tərzi yoxdur. Onlar bilərəkdən vəziyyəti daha da kəskinləşdirirlər. Təxribatlara əl ataraq Azərbaycanı hücuma təhrik edirlər. Burada bir məqam var. Ermənistanın siyasi elitasının – bu elitanın yetkinliyi də sual altındadır – xəyallara qapılması artıq göz önündədir. Çünki Ermənistan ətrafındakı dövlətlərə güvənir. Guya bu dövlətlər Azərbaycanın əl-qolundan tutacaq və hərəkət etməyə imkan verməyəcək. Son bir həftə ərzində bir zabit və bir əsgərimizin öldürülməsi müharibənin elan olunmasına uyğun davranışdır. Çünki sülh rejimi hələ qüvvədədir. Amma bu vəziyyətdə müdafiə naziri, güc strukturunun rəhbəri özü etiraf edir ki, əsgərin vurulması əmrini verib və sonra qatilləri mükafatlandıracaq. Bu da göstərir ki, Ermənistan mənfur niyyətdədir".

T.Abbasovun sözlərinə görə, Ermənistanın hazırda bir niyyəti var: "Çalışırlar ki, həm regiondakı vəziyyətdə xaos yaratsınlar, həm də yeni müharibə kampaniyası qursunlar. Azərbaycanın həm Müdafiə Nazirliyi, həm ordumuz gözəl anlayır ki, vəziyyət nə yerdədir. Hazırda Naxçıvanda Türkiyə ordusu ilə ordumuzun birgə hərbi təlimləri keçirilir. Ermənistan da bundan narahatdır. İrəvan ölkədə vəziyyəti yaxşılaşdırmaq, böhrandan xilas yolları axtarmaq yerinə təxribatlara əl atır. Bunun da nəticəsi çox acınacaqlı olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar