Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“AXC-Müsavat cütlüyünün yaratdığı xaos…” - Əli Əhmədov

Tarix: 04-06-2019 18:50     Baxış: 3226 A- / A+
“AXC-Müsavat cütlüyünün yaratdığı xaos…” - Əli Əhmədov

26 il bundan əvvəl – 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verdi. Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu.

Manevr.az xəbər verir ki, bunu ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov sosial şəbəkə hesabında bildirib.

O, yazıb:

“Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə – qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı. Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əmin-amanlıq təmin edildi. Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı. Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünkü güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi”.

Ə.Əhmədov qeyd edib ki, vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kampaniyası aparırlar:

“Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar”.teleqraf.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar