Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Qarabağ məsələsində Türkiyəni neytrallaşdırıb” – Şok iddia

Tarix: 01-06-2019 17:36     Baxış: 3207 A- / A+
“Rusiya Qarabağ məsələsində Türkiyəni neytrallaşdırıb” – Şok iddia

“Türkiyə rəhbərliyinin Rusiyadan “S-400” raketləri almasına ciddi ehtiyacı yoxdur. Ümumiyyətlə, Türkiyənin suverenliyi və təhlükəsizliyi üçün ən çox təhlükə vəd edən ölkə Rusiyadır”.

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, AKP-nin Kremllə yaxınlaşma siyasəti Türkiyənin fundamental dövlətçilik prinsiplərini zəiflədir:

“Bu, eyni zamanda, Qərb-Türkiyə münasibətlərini də laxladır. Rusiya isə PKK-nı yaradan və silahla təchiz edən bir dövlətdir, Qara dənizdə Türkiyənin əsas rəqibidir.

Bu baxımdan Türkiyə üçün əsas təhlükə Rusiyanın Qara dəniz və Ermənistandakı hərbi bazalarıdır. AKP-nin Rusiyadan “S-400” almasına gəlincə, hesab edirəm ki, Türkiyə rəhbərliyi bununla Moskvadan gələn təhlükənin qarşısını almağa cəhd edir.

NATO dövlətləri isə Türkiyəyə hücum etməz, alyansın mövcud nizamnaməsi buna imkan vermir. Rusiya Qərb və Türkiyə arasında yaranmış gərginlikdən istifadə edərək, bu sabit hərbi-siyasi nizamı dağıtmağa çalışır. Putin məharətlə Türkiyəni Qərbdən qoparır”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, AKP-nin bu gün iqtidarda olmasında Putinin də xidmətləri var:

“Məlumdur ki, 2016-ilin iyul ayında FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd edəndə Putin bu barədə Ərdoğana əvvəldən xəbərdar etmişdi. Bundan sonra Qərbdən uzaqlaşan Türkiyə tədricən Çin və Rusiyaya yaxınlaşmağa başladı. İyulda hərbi qiyamda Putinin Ərdoğana tam dəstək verməsi isə bu prosesi bir qədər də sürətləndirdi.

Təssüf ki, AKP-Kreml dostluğu Qarabağ münaqişəsinin həllində heç bir perspektiv vəd etmir. Əksinə, Rusiya Qarabağ məsələsində Türkiyəni neytrallaşdırıb”.teleqraf.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar