Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Mən nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm…” – Yeni diplomatik termin…

Tarix: 26-05-2019 12:07     Baxış: 2233 A- / A+
“Mən nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm…” – Yeni diplomatik termin…

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.

P. Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: “Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politolqolar təqdim etməli olduq”.

Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P.Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır.unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar