Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Misirli professor: Əlimdən gələni edəcəyəm ki, Azərbaycan...

Tarix: 23-05-2019 20:49     Baxış: 3216 A- / A+
Misirli professor: Əlimdən gələni edəcəyəm ki, Azərbaycan...

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd İslam Universitetləri Assosiasiyasının baş katibi seçilib.

Manevr.az-ın Azərtac-a istinadən məlumatına görə, o deyib ki, bu vəzifədə çalışdığı müddətdə Azərbaycan universitetlərinin dünya universitetləri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

“Mən Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”, - deyə o əlavə edib.

Üsəmə əl-Abd ölkələrimiz arasındakı əlaqələri yüksək qiymətləndirib. O qeyd edib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir.

Hazırda bu assosiasiyaya 200 universitet daxildir. Bu qurum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar