Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Fuad Abbasov qatı cinayətkarların kamerasında saxlanılır” - Vəkili son məlumatları açdı

Tarix: 23-05-2019 19:21     Baxış: 3260 A- / A+
“Fuad Abbasov qatı cinayətkarların kamerasında saxlanılır” - Vəkili son məlumatları açdı

Elman Paşayev: “Ağır nəzarət altındadır...”

Hazırda Rusiyada həbsdə saxlanılan jurnalist və hüquqşünas Fuad Abbasovun durumu kritikliyini qoruyur. Bu barədə musavat.com-a açıqlamasında onun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bu dəqiqələrdə jurnalistlə görüşdən çıxıb. Onun dediyinə görə, jurnalist ciddi nəzarət altındadır: “Onu qatı cinayətkarların saxladığı kamerada saxlayırlar. Hər addımı nəzarətdədir. Hər yer müşahidə kamerasıdır. Mənə də onunla görüşü xüsusi müşahidə kamerası olan kabinetdə verdilər”.

Vəkil xatırlatdı ki, F.Abbasov mayın 20-də döyülməsi, fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı İstintaq Komissiyasına, eləcə də Moskva prokuroruna müraciət edib. O, istintaq təcridxanasına girəndə döyülməsi ilə bağlı müayinədən keçirilməsini tələb etsə də, bundan imtina edilib: “Ona deyilb ki, buna ehtiyac yoxdur və hər şey keçib gedəcək. Hazırda Fuad birnəfərlik kamerada oturub. Bu da kobud qanun pozuntusudur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar