Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyandan Qarabağ məsələsində cəsarətli addım gözləmək mənasızdır” - politoloq

Tarix: 15-05-2019 09:23     Baxış: 3328 A- / A+
“Paşinyandan Qarabağ məsələsində cəsarətli addım gözləmək mənasızdır” - politoloq

Politoloq: “Nə Paşinyan müstəqil siyasətçidir, nə də onun başçılıq etdiyi dövlət...”

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam oldu. Cinayətkar Qarabağ klanı Ermənistanda hakimiyyətdən devriləndə belə ümidlər yaranmışdı ki, Paşinyan klanın təmsilçisi deyil, Qarabağda döyüşməyib, yeni düşüncəli və sülhə meylli siyasətçi ola bilər və nəticədə Qarabağ məsələsində ciddi addımlar atılar. Bir il ərzində Nikol Paşinyanla cəmi bir neçə dəfə Qarabağ danışıqları mümkün oldu. Ekspertlər bildirir ki, erməni iqtidarı danışıqlardan qaçır, status-kvonun bu cür qalmasına çalışır. Belə bir vəziyyətdə artıq Paşinyan Ermənistanı ilə sülh danışıqlarının mənasının qalmadığını qəti şəkildə söyləmək mümkünmü?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Paşinyan danışıqlardan yayınır və bunun bir sıra daxili və xarici amillərdən qaynaqlanan səbəbləri var. Əvvəla, nə Paşinyan müstəqil siyasətçidir, nə də onun başçılıq etdiyi dövlət azad, suveren deyil. Ermənistan üzərində hegemon olan dövlətlər hansı göstərişi verirlərsə, onun rəhbəri də həmin tapşırığı yerinə yetirir: “Hazırda Ermənistan üzərində bir neçə dövlətin təsiri var: Ermənistanın prezidenti İngiltərəyə, baş naziri Amerikaya, ordusu Rusiyaya, diasporası Fransaya bağlıdır. Belə bir xaotik şəraitdə silahlı qüvvələrin ali baş komandanı konstitusiya dəyişikliyinə əsasən baş nazir olsa da, o, ordu üzərində heç bir səlahiyyətə malik deyil.

Məlumdur ki, Ermənistanda hazırda xarici güc mərkəzləri və onların yerli əlaltıları arasında aşkar mübarizə gedir. Rusiyanın Qarabağ klanından ona qarşı istifadə etməsinin qarşısını almaq üçün Paşinyan Rusiya ilə müəyyən yaxınlaşma siyasətinə cəhd göstərdi. Lakin onun Rusiyanı tamamilə neytrallaşdırdığını demək olmaz. Rusiya hər zaman Ermənistan SSRİ-dən ayrılandan bəri Qarabağ klanına istinad edib, bundan sonra da etməyə davam edəcək.
“Paşinyandan Qarabağ məsələsində cəsarətli addım gözləmək mənasızdır” - politoloq

Qarabağa dair sülh danışıqlarının uzanması, nəticəsiz qalması isə Paşinyanın iradəsinə bağlı məsələ deyil. Paşinyan böyük güclərin Ermənistan siyasətində, obrazlı şəkildə ifadə etsək, burulğanın ortasına düşmüş sınıq qayıqçını xatırladır. Onun tək qayğısı hakimiyyətini möhkəmlətmək, ölkə üzərində bacardıqca çox sahələrə nəzarəti ələ keçirmək, onu hakimiyyətə gətirmiş xarici qüvvələrin tapşırığını yerinə yetirməkdən ibarətdir. Bu tapşırıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil, regional geosiyasi planlarla bağlıdır. Paşinyanın fəaliyyətinin yaxın perspektivdə əsas hədəfi İrana qarşı ABŞ-ın şimaldan Ermənistan istiqamətində səmərəli fəaliyyətinə şərait yaratmaq, Ermənistanı İrana qarşı ABŞ-ın siyasi-kəşfiyyat poliqonuna çevirmək, orta hədəfdə isə Rusiyanın Ermənistanda təsirini zəiflətməkdir".

Politoloqun sözlərinə görə, bütün bunları nəzərə aldıqda məlum olur ki, Qarabağ məsələsi ilə bağlı Paşinyandan hər hansı cəsarətli addım, dəyişiklik gözləmək mənasızdır: “Qeyd etdiyimiz kimi, burada onun iradəsindən asılı olan çox cüzi şeylər var. Lakin o, ”Şəraiti dəyişə bilmirsənsə, ona olan münasibətini dəyiş" məsəlini əsas kredosuna çevirərək bu şəraitdən öz hakimiyyətini möhkəmələndirməyə çalışır. O, ermənilərin şovinizmindən istifadə edərək ucuz piar şousu düzəldir, gah Şuşada yallı gedir, gah kortejin müşayiəti ilə velosipedlə işə gedir və sair. Bütün bunlar ucuz şoudan, səfalət içində yaşayan Ermənistan əhalisinin gözünə kül üfürməkdən başqa bir şey deyil. Eyni zamanda Qarabağ məsələsinin həllinə yardım etmir, əksinə, prosesə mane olur. Bununla yanaşı, həmsədrlərin bəyan etdiyi xalqların sülhə hazırlanması prosesinə ən böyük zərbəni vurur. Çünki Ermənistan əhalisini aldatmağa yönələn ucuz piar Azərbaycan əhalisi arasında onsuz da zəif olan sülhə etimadı sıfıra endirir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar