Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb

Tarix: 08-05-2019 18:45     Baxış: 3243 A- / A+
Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb

ATƏT-in baş katibi Tomas Qremingerin xahişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu aprelin 15-i Moskvada baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü və görüşlə əlaqədar bəyanat barədə məlumatlandırıb.

Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb:

“Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkol olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”.

Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib.

Manevr.az-ın

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar