Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tiflisdəki bəyanatlarda kənar izlər - Şərh

Tarix: 07-05-2019 22:23     Baxış: 3227 A- / A+
Tiflisdəki bəyanatlarda kənar izlər - Şərh

Gürcüstan-Azərbaycan münasibətləri hər iki ölkə üçün strateji xarakter daşıyır. Çünki həm Gürcüstan, həm də Azərbaycan SSRİ-nin dağılma mərhələsində ərazi bütövlüyü problemi yaşamağa başladı, ərazi iddiaları və işğal faktı ilə qarşı-qarşıya qaldı. Cənubi Qafqazda iki ölkənin ərazisi işğala məruz qalıb ki, onlardan biri Gürcüstan, digəri Azərbaycandır. Yəni, iki ölkənin taleləri oxşardır. Gürcüstanla Azərbaycan arasında münasibətlər 100 il öncə də yaxşı olub. O vaxt da ərazi ilə bağlı problemlər yaşanıb. Amma Gürcüstan-Azərbaycan münasibətlərinin xarakteri fərqli, yəni sağlam olub. XX əsrin sonunda isə bu sağlamlığa başqa bir xarakter – strateji münasibətlər xarakteri əlavə olundu.

Bunu açııqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, bu strateji münasibətlər həm təhlükəsizlik, həm iqtisadi, həm nəqliyyat, həm də digər sahələri əhatə etdi:

“Məhz bu səbəbdən Gürcüstanda demək olar ki, bütün etnik qruplar separatçılıqla məşğul olduqları halda azərbaycanlılar Gürcüstan dövlətinə sədaqət nümayiş etdirdilər. Biz Azərbaycanın bu strateji əməkdaşlığa verdiyi önəmin dəfələrlə şahidi olmuşuq. Gürcüstanda da bu strateji əməkdaşlığın önəmini dərk edən, onu lazımınca qiymətləndirən liderlər olub”.

A.Aslanlının sözlərinə görə, münasibətlərin bu xarakterindən narahat olan çoxlu sayda dövlətlər var:
“Bunlar əsasən bizim qonşuluğumuzda yerləşən dövlətləridir. Xüsusilə, biz bu sırada Ermənistanı qeyd edə bilərik. Təkcə Ermənistan deyil, başqa dövlətlər də var. Amma Ermənistanı xüsusi qeyd edirik. Çünki onun həm Gürcüstana, həm də Azərbaycana ərazi iddiası var. Konkret olaraq Azərbaycan ərazisini işğal edib. Ermənistan maraqlıdır ki, Qafqazda qonşu dövlətlərə ərazi iddiası olan dövlət təkcə o olmasın, Gürcüstanla Azərbaycan arasında da münaqişə olsun. Ermənistan bunu özü birbaşa etmir. Qərbdəki erməni lobbisi də bu işdə maraqlıdır. Müxtəlif dövlətlərin əli ilə bu işə müdaxilə etmək istəyirlər. Sadəcə İrəvandan deyil, başqa paytaxtlardan da bu işə müdaxilə etmək istəyirlər. Eləcə də digər ölkələr, yəni şimaldan da, cənubdan da, qərbdən də bu müdaxilələri edirlər.

Təəssüf ki, Gürcüstanda bəzən müəyyən siyasətçilər münasibətlərin bu xarakterini lazımınca qiymətləndirməyib bu provokasiyaya uyğun addımlar atmaq istəyirlər. Yəni Azərbaycan-Gürcüstan sərhədinin tam dəqiqləşməməsindən, delimitasiya-demarkasiya işlərinin davam etməsindən istifadə etməyə çalışırlar. Bəzən ola bilər ki, bunu daxildəki müəyyən siyasi maraqlar naminə edirlər. Bəzən geniş düşünməməkdən qaynaqlanan addımlar olur. Bəzən də həmin o xarici qüvvələrin təhriki ilə bu addımları atırlar. Son proseslər də hesab edirəm ki, düşünülməmiş addımlardan qaynaqlanan problemdir”.

Müsahibimizin sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətlərinin strateji xarakteri tələb edir ki, tərəflər arasında hansısa problemlər varsa belə liderlər, hökumətlər və ya ekspert qrupları bunun həlli üçün prosesi ağılla davam edirsinlər:

“Hansısa provokasiyaya getməsinlər. İstər Gürcüstanda, istərsə də Azərbaycanda provokativ addımı kimsə atsa o sadəcə qarşı tərəfə deyil, özünə də zərər vermiş olacaq. Sadəcə özünə də zərər verməyəcək, bütövlükdə regiona, regiondakı sülh və əməkdaşlıq mühiti ilə bağlı imkanlara da zərər vermiş olacaq. Ona görə də Gürcüstan hakimiyyətindəki bəzi şəxslərin, yaxud parlamentdəki hansısa qrupların verdikləri bəyanatlar, atdıqları addımlar müəyyən məqamda bəlkə də təcrübəsizlikdən, müəyyən məqamda kənar qüvvələrin provokasiyasına, oyununa uymaqdan qaynaqlanır. Amma hesab edirəm ki, Azərbaycan da, Gürcüstan da bu istiqamətdə çox diqqətli olmalıdır”.

Siyasi şərhçi bildirib ki, Gürcüstan və Azərbaycan problemlərlə yanaşı əməkdaşlıq imkanlarını nümayiş etdirsələr problemlərin əməkdaşlıq imkanları ilə müqayisədə çox kiçik olduğunu görəcəklər:

“Sərhəd məsələsini də həll etmək mümkündür. Bir az texniki iş, bir az zaman tələb edir. Amma onu yeni problemli məqama çevirmək və ya faşist xarakterli bəyanatlar vermək, hədələr səsləndirmək ancaq Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli münasibətlərinin pisliyini istəyənlərin marağına xidmət edə bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar