Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sosial şəbəkələrdə Əli İnsanovu müdafiə etdiyimi iddia edənlər qələt edirlər”

Tarix: 07-05-2019 19:46     Baxış: 3202 A- / A+
“Sosial şəbəkələrdə Əli İnsanovu müdafiə etdiyimi iddia edənlər qələt edirlər”

“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.

Bunu modern.az-ın sualına cavab olaraq, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:

“O kim, mən kim... Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində, ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.

Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib:

“Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar