Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gizli masada “yüz ilin planı”: - bu ölkə ləğv edilir, milyonlarla insan köçürülür

Tarix: 06-05-2019 21:02     Baxış: 3225 A- / A+
Gizli masada “yüz ilin planı”: - bu ölkə ləğv edilir, milyonlarla insan köçürülür
“ABŞ prezidenti Donald Tramp, kürəkəni Kuşner, İsrailin baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi dördlük masasında bir layihə var.
Bu layihənin adı “yüz ilin anlaşması”dır”.

Bu barədə türkiyəli yazar Taha Dağlı deyib. Onun sözlərinə görə, bu layihənin təməli 2 il öncə Trampın Səudiyyə Ərəbistanı kralı və Misir prezidenti Sisi ilə qlobus ətrafında fotoobyektlərə poz verəndə atılmışdı: “Layihə Ramazan ayından sonra tamamlanacaq. Bunu Trampın yəhudi kürəkəni Cared Kuşner açıqladı”.

“Yüz ilin anlaşması” nədir?

Taha Dağlı yazır ki, bu planı qısa olaraq Fələstin torpaqlarında bir fələstinlinin belə qalmaması və böyük yəhudi dövlətinin qurulması, fələstinlilərə isə başqa ərazilərdə dövlətin qurulması adlandıra bilərik.

“İllərdir müzakirə olunan “iki dövlət” həll variantı artıq yoxdur. Yerinə “yeni dövlət” variantı var. Fələstinlilərə Qüds, Əl-Halil, Ramallah, Nablusdan uzaqda, səhranın ortasında yeni bir dövlət qurulacaq. Artıq yeni Fələstin dövlətinin xəritəsi də hazırlanıb. Qəzza və Qəzzanın cənubunda Misirə bağlı Sina çölündən ibarət olan bölgə fələstinlilərin yeni dövlətinin ərazisidir. İsrail, Misir və Birləşmiş Ərəb Əmirliyi fələstinlilərə yeni şəhərlərin inşa edilməsi ilə bağlı razılaşıb. Fələstin prezidenti Mahmud Abbasa bu layihəyə razılıq verməsi üçün 10 milyon dollar təklif edilib. Abbas “siyasi həyatım bitər” deyərək pulu rədd edib. Lakin bilir ki, son söz ona qalanda “bəli” deməkdən başqa çarəsi qalmayacaq. İordaniyanın bu layihəyə bəzi etirazları var, çünki yeni Fələstin dövlətinin qurulması üçün İordaniyadan torpaq alınacağı ehtimalı var. Əgər İordaniya problem yaradarsa, “ərəb baharı” ilə üzləşə bilər. Bununla bağlı hazırlıqlar tamamlanıb, vəzifə ərəb ölkələrində müəyyən qrupların rəhbəri olan Dahlana verilib”, - deyə türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, layihəyə yeganə etiraz edən qüvvə Qəzzadakı Həmasdır: “Həmas rəhbərləri ötən həftə Misir kəşfiyyatının dəvəti ilə Qahirədə səfərdə olublar və layihəyə etiraz ediblər. Heyət Qahirədən dönən kimi İsrail ordusu Qəzzanı bombalamağa başladı”.faktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar