Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

NATO və Azərbaycan birlikdə güclüdür - Marşal

Tarix: 03-05-2019 11:41     Baxış: 3227 A- / A+
NATO və Azərbaycan birlikdə güclüdür - Marşal

NATO beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur.

Müdafiə Nazirliyindən axar.az-a verilən məlumata görə, bunu NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib.

"NATO-Azərbaycan tərəfdaşlığının 25 ili ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız inkişaf etmişdir. Sizin qoşunlar 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir, 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və Əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan Qətiyyətli Dəstək Missiyasına (RSM) dəstəyini davam etdirərək, Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir, həmçinin ölkəniz NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.

Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avro-Atlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.

Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.

NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaqdır. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm" - Alyans rəsmisi deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar