Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Dünya Azərbaycana ədalətsiz yanaşır” - İSESCO-nun Baş direktoru

Tarix: 02-05-2019 23:37     Baxış: 3239 A- / A+
“Dünya Azərbaycana ədalətsiz yanaşır” - İSESCO-nun Baş direktoru

"Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”.

Manevr.az xəbər verir ki, bunu ISESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında bildirib.

İSESCO-nun Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanın təşviq etdiyi dəyərlərə tərəfdar olduğunu vurğulayaraq bildirib: "Azərbaycana gəldikdə, ISESCO lap əvvəlcədən Azərbaycanın bu dialoq, hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik olan insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, həmçinin bu yanaşma bizə münasibətdə də olsun. Bu, təhlükəsizliyə aparan yeganə yoldur. Bununla əsl dialoq olur, mənalı dialoq olur və zorakı münaqişələrin qarşısı bununla alınır".

Əbdüləziz Osman əl-Tuveycri deyib ki, İslam sülh və mərhəmət dinidir. Sonda Baş direktor tədbirin təşkilinə görə bir daha prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Mən cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında ölkənizə dəstək verəcəklər. Arzu edirəm ki, Allahın iradəsi ilə bütün dünyada sülh və rifah bərqərar olunsun".unukal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar